Reklam yerləşdirmək üçün
012 596 19 32
1Reklam yerləşdirmək üçün
012 596 19 32

Gənc aktyora böyrək köçürüldü



Böyrək çatışmazlığından əziyyət çəkən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının gənc  aktyoru Rəhim Rəhimov ötən gün əməliyyat olunub. Əməliyyat uğurla başa çatıb. Hazırda həm aktyorun, həm də donor olan şəxsin səhhəti stabildir.

Cebhe.info-ya daxil olan məlumatda bildirilir ki, Mədəniyyət və Turizm Nazirliyi də mütəmadi olaraq teatr rəhbərliyi ilə əlaqə saxlayaraq məlumat alıb. Nazirliyin və teatrın əməkdaşları aktyoru xəstəxanada ziyarət edib.

Qeyd edək ki, aktyorun maddi dəstəyi olmadığı üçün social şəbəkələrdə ona maddi dəstək kampaniyası keçirilib.

Nigar Məhərrəm

Cebhe.info










© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı