Reklam yerləşdirmək üçün
012 596 19 32
1Reklam yerləşdirmək üçün
012 596 19 32

RUSİYADA:“Devalvasiya eyni ssenari ilə təkrarlanacaq”: Dollara “yaşıl işıq”



“2014-cü ildə baş verən devalvasiya eyni ssenari ilə təkrarlanacaq”.

Cebhe.info Rusiya mətbuatına istinadən xəbər verir ki, bu təhlükəli gələcək rus rublunu gözləyir.

İqtisadiyyat İnstirutunun direktoru Ruslan Qrinberq mətbuata açıqlamasında rus rublunun 2014-cü ildəki taleyini yenidən yaşayacağı və 1 dolların 80 rubla satılması ehtimalına dair xəbərdarlıq edib:

“Bizi 2014-cü ildəki kimi devalvasiya gözləyir. Neft 2017-ci ildə orta hesabla 45 dollara satılacaq”. Rusiyanın sabiq iqtisadiyyat naziri Andrey Neçayev isə belə hesab edir ki, Rusiya iqtisadiyyatı üçün zəif rubl və ucuz neft xeyirlidir: “Əks təqdirdə hakimiyyət barmağını belə tərpətməyəcək. Lap yaxşısı budur ki, neft 30 dollara düşsün. O zaman həyat birdən-birə olmasa da, tədricən düzələcək”.

Qeyd edək ki, hazırda Rusiyada dolların rəsmi məzənnəsi 60,16 rubldur. Neftiqq qiymətinin azalması fonunda ötən günlərlə müqayisədə dollar bahalaşıb.

Xəzər

Cebhe.info










© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı