Reklam yerləşdirmək üçün
012 596 19 32
1Reklam yerləşdirmək üçün
012 596 19 32

Yeni qərarın gözləntisi:Alış və satış arasında fərq yaranacaq 



Natiq Cəfərli: “Dolların alqı-satqısı arasında böyük fərq yaranacaq”

Azərbaycan Mərkəzi Bank dünən komersiya banklarının rəhbərlərilə keçirdiyi görüşdə 4 faizli marjanın ləğv olunması haqqında qərar qəbul edib. Artıq bu gündən AMB bütün banklara və valyuta mübadiləsi aparan poçt şöbələrinə bunula bağlı verilən rəsmi qərarı göndərib. 4 faizli marjanın ləğv olunması valyuta bazarına necə təsir edəcək? Dolların alış-satış qiymətləri necə olacaq?

Cebhe.info-ya açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli deyib ki, marjanın ləğv ilk növbədə “qara bazar”a ciddi zərbə vuracaq.

Onun sözlərinə görə, banklar artıq dolları “qara bazar” vasitəsilə deyil, öz filiallarında satacaqlar: “Əvvala onu demək lazımdır ki, marja artıq formal xarakter daşıyırdı və heç bir əhəmiyyət kəsb etmirdi, “qara bazar”ın yaranmasının da əsas səbəblərindən biri idi. Bunun ləğvi normaldır. Əhəmiyyətsiz və mənasız bir qaydanı saxlamaq düzgün deyil. Ona görə də bu addımın atılması doğru qərardır. Bu ən azından “qara bazar”ın ləğv olunmasına səbəb olacaq. Banklar artıq “qara bazar” vasitəsilə deyil, öz filialları vasitəsilə dollar satmaqda sərbəst olacaqlar. Bu, əslində “qara bazar”da olan məzənnənin leqallaşması deməkdir. “Qara bazar”da məzənnə 1.90-1.92 ətrafında idi və banklar da elə bu civarda satış aparacaqlar.

Amma əldə olunan dolların həcmi kifayət etməsə, tələbatı ödəməsə, bu zaman yenidən dollar ajiotajı yarana bilər. Banklar çalışacaqlar ki, əllərində olan valyutanı özlərinin təyin etdiyi və onlara sərf edən məzənnə ilə satsınlar. Banklar bir tərəfdən də vətəndaşdan dollar alarkən kursu aşağı salmağa çalışacaqlar. Necə ki, artıq 2 gündür bu prosesi görürük. Burada artıq Mərkəzi Bankın müdaxiləsinə ehtiyac var. Yuxarı marjı ləğv edirdilərsə, heç olmasa aşağı marjanı saxlamaq lazım idi. Ən azından vətəndaşların ziyana düşməməsi üçün Mərkəzi Bank rəsmi məzənnədən aşağı dollar qəbuluna imkan verməməlidir. Həm aşağı, həm də yuxarı marjanın ləğv olunması yaxşı hal deyil. Banklar bundan istifadə edib çalışacaqlar ki, dolları vətəndaşlardan daha ucuz alıb baha satsınlar. Alış və satış arasında böyük fərq yaranacaq. Təxminən 15-20 qəpik arasında fərq olacaq ki, bu da yaxşı hal deyil”.

Vilayət Muxtar

Cebhe.info










© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı