Reklam yerləşdirmək üçün
012 596 19 32
1Reklam yerləşdirmək üçün
012 596 19 32

Polis saxlayarkən nə etməli? - EKSPERT AÇIQLADI



Abşeron rayon Polis İdarəsinin əməkdaşlarının bir neçə şəxsi səbəbsiz olaraq polis idarəsinə aparması barədə məlumat yayılıb.

Bu haqda şəxslər öz Facebook statuslarında məlumat paylaşıblar. Bəs görəsən qanun nə deyir? Hüquqşünas Ələsgər Məmmədli Cebhe.info-ya bildirib ki, Azərbaycanda polis əməkdaşı hər hansı vətəndaşı səbəbsiz olaraq idarəyə apara bilməz.

Qanunda belə bir göstəriş yoxdur: “Vətəndaşı polis idarəsinə aparmaq üçün hökmən bir səbəb olmalıdır. Səbəbsiz yerə kimisə yoldan ötərkən polis idarəsinə aparmaq olmaz. Mütləq şəxsin polis idarəsinə aparılması üçün xəbərdarlıq olmalıdır. Bu şikayət xarakterli də, ictimai asayişin pozulması ilə də əlaqədar ola bilər”.

Ekspertin sözlərinə görə polis özü qanuna tabe olduğu üçün Konstitusiya maddələrinə görə, insan hüquqlarına hörmətlə yanaşmalıdır: “Qanun tələb edir ki, şəxs polis tərəfindən saxlanılarsa mütləq ona hansı maddəni pozmasına görə təqsirləndirilməsi haqda məlumat verilməlidir. Polis hər hansı şəxsi saxlayarkən ona imkan verməlidir ki, yaxınlarına zəng etsin, məlumat versin. Bununla yanaşı şəxsin polisə ifadə verməmək, susmaq hüququ var. Ola bilər ki, onun ifadəsi prosesin inkişafında onun mənafeyinə xələl gətirsin”.

Nigar Məhərrəm

Cebhe.info










© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı