Reklam yerləşdirmək üçün
012 596 19 32
1Reklam yerləşdirmək üçün
012 596 19 32

Azərbaycanda yumurta MÜƏMMASI: Komitə “alırıq”, birlik “satırıq” deyir...



Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə görə, ötən ilin 9 ayında Azərbaycana süd məhsulları, quş yumurtası, təbii bal, başqa yerdə adı çəkilməyən və təsnif olunmayan heyvan mənşəli ərzaq məhsullarının idxalından 69958.73, ixracından isə 1480.94 ABŞ dolları əldə edilib.

Azərbaycan Quşçular Birliyinin sədri Aydın Vəliyev Cebhe.info-ya açıqlamasında Azərbaycana xaricdən yumurta idxal edilmədiyini deyib. Birlik sədri dünyanın ən iri yumurta ixracatçısı kimi tanınan ölkələrindən biri olan Türkiyədən Azərbaycana yumurta gətirilməsi barədə də məlumatları təkzib edib. 

Digər məlumatlara görə, Azərbaycana o cümlədən İrandan da yumurta ixrac edilir. Hətta son olaraq Azərbaycana Çindən də yumurta ixrac edilməsi haqda müxtəlif media orqanlarında məlumatalr dərc olunub. Lakin Azərbaycan Quşçular Birliyi bu məlumatların həqiqətə uyğun olmadığını deyir. 

Birlik sədri Azərbaycana yalnız damazlıq yumurtaların gətirildiyini deyib və Dövlət Statistika Komitəsinin yaydığı məlumatlara belə ümnasibət bildirib:“Azərbaycana ərzaq məqsədli yumurta gətirilmir. Kim, hansı komitə deyir ki, Azərbaycana xaricdən yumurta gətirilir? Belə bir şey yoxdur. Deyirlər guya bizə Çindən yumurta gətirilir. Xeyr, bizim Çinlə heç bir əlaqəmiz yoxdur. Özümüzün o qədər yumurta ehtiyatımız var ki, ölkə axtarırıq ixrac etməyə”. 

Xaricə ixrac edilən yumurtaya gəlincə, sədr rəqəm açıqlamayıb:“Biz rəqəm açıqlamırıq. Ayda 10-15 milyon yumurta ixracına imkanımız var. Yerli bazarı da yumurta ilə təmin edirik”. 

Nigar Məhərrəm 

Cebhe.info










© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı