Reklam yerləşdirmək üçün
012 596 19 32
1Reklam yerləşdirmək üçün
012 596 19 32

Qarabağ əlilləri prezident təqaüdünü ala bilmir: Nazirlik isə “problem yoxdur” deyir



Xəbər verdiyimiz kimi, 2-ci qrup Qarabağ müharibəsi əlilləri dekabr ayında onlara verilməli olan prezident təqaüdlərini ala bilməyiblər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli şöbələrindən Qarabağ əlillərinə bildirilib ki, Maliyyə Nazirliyi tərəfindən təqaüdlər üçün ödəniş hesaba köçürülməyib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Elman Babayev Cebhe.info-nun bu barədəki sorğusuna cavab olaraq dekabr ayı üçün ödənşlərdə problem olmadığını deyib.

Onun sözlərinə görə, yaxın günlərdə yanvar ayının pensiyalarının maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin pensiyaçıların hesablarına köçürülməsinə başlanılacaq:

“Azərbaycanda əmək pensiyalarının maliyyələşməsində hər hansı problem mövcud deyil. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən dövrdə ölkəmizdə pensiyaların maliyyələşdirilməsi prosesi bütün aylarda heç bir gecikmə olmadan, normal qaydada həyata keçirilib. Vətəndaşlara hər ay vaxtlı-vaxtında, bir sıra hallarda vaxtından daha əvvəl pensiyaların ödənilməsi təmin edilib”.

Nazirlik rəsmisinin sözlərinə görə, cari ayda da pensiyaların maliyyə təminatında heç bir problem yoxdur: “Yeni təqvim ilinin ilk ayı, həmçinin bu ayın ilk günlərinin bayramla əlaqədar qeyri-iş günləri olduğundan pensiyaların plastik kart hesablarına çatdırılması müvafiq əlavə texniki prosedurlar keçirilməsi ilə təmin olunur. Ona görə də bunun maliyyə çatışmamazlığı kimi qiymətləndirilməsi doğru deyil. Bildiririk ki, yaxın günlərdə yanvar ayının pensiyalarının maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin müvafiq qrafik əsasında pensiyaçıların hesablarına köçürülməsinə başlanılacaq”.

Alçina Amilqızı

Cebhe.info










© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı