Reklam yerləşdirmək üçün
012 596 19 32
1Reklam yerləşdirmək üçün
012 596 19 32

Tramp: “Əgər Putinin xoşuna gəlirəmsə...” - ÇIXIŞINDAN SEÇMƏLƏR 



Amerikanın yeni seçilən prezident Donald Trampın dünən keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlər hələ də dünya mətbuatının diqqətindədir.

Cebhe.info xəbər verir ki, çıxışı zamanı bir sıra maraqlı fikirlər səsləndirən D.Tramp xüsusilə Rusiya prezident Vladimir Putinlə münasibətləri ilə bağlı çoxsaylı suallar qarısında qalıb. Tramp bu barədə suallara cavabında  bunları deyib:

- Bizim Rusiya ilə qorxunc münasibətlərimiz var. Halbuki Rusiya bu adminstrasiyanın yaratdığı İŞİD-lə mübarizədə kömək edə bilərdi. Əgər Tramp Putinin xoşuna gəlirsə, bu çatışmazlıq deyil. Bilmirəm, Putinlə münasibətləri qaydaya sala biləcəyəmmi? Heç bir “təkrar yüklənmə” düyməsi yoxdur. Ya biz hər şeyi qaydaya salacağıq, ya da yox...

Tramp çıxışında digər ilginc fikirlər də səsləndirib: 

-Mən çox ehtiyatlı adamam, çoxlu mühafizəçim var. Həmişə deyirəm ki, ətrafda kameralar ola bilər. Elə balaca kameralar ola bilər ki, onları görməyək. Mühafizəçilərə deyirəm ki, ehtyatlı olsunlar, yoxsa axşam özlərini teleefirdə görəcəklər.

Tramp övladlarına qarşı da münasibətində ciddiliyi qoruduğunu deyib:

- Əgər oğulların işin öhdəsindən pis gəlsələr, mən sadəcə deyərəm: “İşdən azadsınız!”

Tramp bildirib ki, ABŞ-a rəhbərlik edəcəyi dövrdə ölkəsi daha böyük hörmət qazanacaq:

- Rusiya Amerikaya mənim prezidentliyim dövründə daha çox hörmət edəcək. Bütün ölkələr indiki adminstrasiyadan fərqli olaraq bizə daha çox hörmət bəsləyəcək.

Xəzər
Cebhe.info










© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı