Reklam yerləşdirmək üçün
012 596 19 32
1Reklam yerləşdirmək üçün
012 596 19 32

Analar, bu məlumatı mütləq oxuyun – SİYAHI DİQQƏT 



Bir körpənin normal, sağlam yetişməsi üçün onun qidalanması da önəm kəsb edir. 6 ayınadək ana südü, olmadıqda isə süni qidalarla bəslənən körpələrə bu aydan etibarən artıq müəyyən qidalar verilir. Kartof pürəsi, düyülü, ətli xörəkləri buna misal olaraq çəkmək olar.

Cebhe.info xəbər verir ki, mütəxəssislərin fikrincə, 1 yaşdan sonra isə körpələrin qida menyusu dəyişilməlidir. Yeni-yeni təamlar da bu siyahıya əlavə edilməlidir. Bir çox valideynlər övladlarının 6-9 aydan fərqli olaraq 1 yaşında daha az qidalandığından, iştahsızlığından şikayətlənir.

Belə ki, 6-9 ayında 400 qram qida qəbul edən körpə bir yaşında ikən 200 qramdan artıq yeməkdən imtina edir. Bu amil bəzi valideynləri təşvişə salsa da, mütəxəssislər bunun təhlükəli amil olmadığını deyir.

Onların sözlərinə görə, uşağın fiziki inkişafının bir yaşında daha da sürətlənməsi, fiziki fəaliyyətdə olması onu ətrafa meyilləndirir. Nəticədə körpə mədəsi doyduğu qədər qida qəbul etdikdən sonra əylənməyə, gəzməyə meyil edir. Yeməkdən öncə və sonra körpəyə su, meyvə şirəsi verilməməlidir. Bu da körpədə iştahsızlıq, köp yaradır. Çalışın ki, övladınıza sevmədiyi təamı dadızdırmayasınız. Ola bilər ki, o doyub. Müəyyən vaxt keçdikdən sonra körpəni yenidən qidalandırmağa cəhd edin.

Əgər yenə də həmin təamdan imtina edərsə, artıq həmin qidanı körpənin yemək menyusuna daxil etməyin. Övladınızın ac qaldığına görə narahatsızsa, bu zaman daha fərqli bir xörək hazırlayın. Körpə bundan da imtina edərsə, onu yeməyə məcbur etməyin. Körpələr qidalanmasına görə də individualdır. Həkimlər tərəfindən bu yaşda olan uşaqlara inək südü içirilməsinə icazə verilir. Lakin bu da gündəlik normanı aşmalı deyil. Bəzi uşaqlar inək südünü çox sevirlər. Lakin valideynlər bunu da unutmamalıdır ki, ağartı məhsulunun həddindən artıq qəbul edilməsi uşaqda qan azlığına, qəbzliyə səbəb ola bilər.

Ana südü içən uşaqlar bununla doyursa, digər qidalardan imtina edirlərsə, bu zaman ana körpəsini süddən ayırmalıdır. Çünki körpənin böyüməsi üçün əsas mərhələ olan bu yaşda digər kalorili, vitaminli məhsulların qəbulu da önəmlidir. Həkimlər hər bir körpənin sağlam böyüməsi üçün gündəlik olaraq 350 mq kalsium, 250-300 qr süd, bir kibrit qutusu həcmində pendir, o cümlədən qatıq qəbul etməsinin vacib olduğunu söyləyiblər. 1-2 yaş qrupunda olan uşaqların dəmirə ehtiyacları var. Əlbəttə, dəmir bir uşağın sağlam formalaşması üçün mühüm amildir. Bununla yanaşı D və C vitamini ilə zəngin olan qidalar da qəbul edilməlidir. Bu yaşda olan körpələrin gündəlik menyusunda ət, çörək, tərəvəz, düyü, kərə yağı, 2-3 ədəd zeytun və meyvələr olmalıdır.

Nigar Məhərrəm 

Cebhe.info










© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı