Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Oxumayan uşaqlar daha çox cinayət törədir: AZƏRBAYCANDA



Məhkum olunan yeniyetmələrin artım dinamikası narahatlıq doğurur.

Dövlət Statistika Komitəsinin məlumatına görə 2017-ci ildə məhkum olunmuş 14-17 yaşlı uşaqların sayı 2016-cı ilə nisbətən təxminən 24 faiz artıb. 

Cebhe.info xəbər verir ki, iqtisadçı-ekspert Rövşən Ağayev 323 nəfə olan ümumi sayın bəlkə də çox görünmədiyinə diqqəti çəkib.

Ekspert hesab edir ki, artım dinamikası çox yüksəkdir və narahatlıq doğurmalıdır: “Onların 99 faizi oğlan uşaqları olub. 14-17 yaşda məhkum olunanların 68.1 faizi (220 nəfər ) təhsildən kənarda qalan uşaqlar olub. Öz növbəsində 186 nəfəri heç yerdə oxumayan və işləməyən, 36 nəfər oxumayıb işləyən uşaqlardır. Onların törətdiyi cinayətlərin 88 faizi mülkiyyət, həyat və sağlamlıq əleyhinə olan (o cümlədən yarısı oğurluq) hadisələrlə bağlı olub.

Yeniyetmələrin qəsdən sağlamlığa ağır zərər vurma cinayəti 2 dəfə artıb. Bu faktlar bir daha göstərir ki, təhsil bütün dərdlərin dərmanıdır. Dünyada təhsil səviyyəsi ilə cinayətlər arasında əlaqəni araşdıran çoxlu sayda araşdırmalar var. Bu araşdırmaların hamısının ortaq nəticəsi budur ki, təhsil səviyyəsi yüksəldikcə cinayətkarlıq, xüsusilə də ağır cinayətlər azalır”. 

Rövşən Ağayev qeyd edib ki, eyni arqumenti işsizliyə də şamil etmək olar: “İşsizlik səviyyəsi ilə cinayətlərin sayı arasında birbaşa əlaqə var. Yeri gəlmişkən, elə 2017-ci il statistikasında da göstərilir ki, il ərzində 13.7 min nəfərin 61 faizi işləməyən və oxumayan şəxslər olub. Bir faktı da qeyd edim ki, Azərbaycanda son 15 ildə 17 yaşlı uşaqların orta hesabla 30 faizdən bir qədər çoxu yalnız 9 illik təhsil şəhadətnaməsi ilə əmək bazarına daxil olur, müstəqil həyata atılırlar. Bu hər il 40 minə nəfərə yaxın yeniyetmə deməkdir. Kiçik rəqəm deyil”. 

Yeganə Oqtayqızı 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений