Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Özəl mülkdə də ağac kəsmək olmaz- NAZİRLİK



Ötən gün Gəncə şəhərində yerləşən yaşayış evinin qarşısındakı sahədə 2 ədəd əncir ağacının kəsildiyi aşkar olunduqdan sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları tərəfindən fiziki şəxsə 2000 manat məbləğində cərimə tətbiq olunub. Həmçinin təbiətə dəymiş ziyana görə 600 manat məbləğində iddia qaldırılıb. Maraqlıdır, görəsən, ağac kəsən ümumilkdə hansı hallarda cərimələnə bilər? Şəxsi həyətdə kəsilən agaca görə cərimə düşürmü?

Cebhe.info-nun suallarını Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf mühitin mühafizəsi departamentinin sektor müdiri Raqub Mirzəyev cavablandırıb:

"Ölkə ərazisində yaşıllıqlar “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Qanuna müvafiq olaraq, Nazirlər Kabineti tərəfindən müvafiq qaydalarda qorunur. Misal üçün, yaşıllıqların götürülməsi, yaşıllığın bərpası, yaşıllığın mühafizəsi sahəsinə nəzarətin aparılması qaydası təsdiq olunur və bu qaydalar əsasında həyata keçirilir. Hansı hallarda yaşıllıq götürülə bilər? Dövlət Ekoloji Ekspertizasında və yaxud Ətraf Mühitin Qiymətləndirməsi Sənayesində nəzərdə tutulan ağaclardır. Müəyyən dövlət əhmiyyətli obyektlərin tikintisində istisna hal kimi icazə verilir. Lakin bu da müəyyən qaydalarla -yaşıllığın götürülməsi torpaq mülkiyyətçisi tərəfindən, icra hakimiyyətləri, bələdiyyələr tərəfindən müvafiq qaydada Ekologiya və Təbii Səvətlər Nazirliyinə müraciət olunur. Müraciətə baxılır, müvafiq rəy hazırlanır, mülkiyyətçiyə təqdim edilir. Mülkiyyətçi nazirliyin rəyi əsasında qərar qəbul edir və yaşıllıqgötürmə vərəqi hazırlanır.

Belə olan halda, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi şərtlər əsasında hər hansı ağac götürülə bilər. Yaxud da yaşıllıq salına bilər. Amma digər hallarda ağacların kəsilməsi qanunvericiliyə ziddir. Bununla bağlı həm inzibati xətalar məcəlləsində, həm də müvafiq qaydalarda məsuliyyətlər nəzərdə tutulub. Tutaq ki, qanunsuz ağac kəsən şəxs İnzibati Xətalar Məcəlləsinin 253.2 maddəsi ilə - meşə fonduna daxil olmayan ağac və kollarının qanunsuz kəsilməsinə, yaxud məhv edilməsinə görə fiziki şəxslər 2 min, vəzifəli şəxslər 4 min, fiziki şəxslər 25 min manat məbləğində cərimə edilir. Amma şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşma işləri aparılarsa, hər bir ağac və kol əkilinin qanunsuz kəsilməsinə görə cərimə tətbiq edilir. Belə olan halda fiziki şəxslər hər bir ağac və kola görə -əgər tikinti aparıb, ağacı məhv edibsə, fiziki şəxsələr 2200, vəzifəli şəxslər 5 min, hüquqi şəxslər 35 min manat miqdarında cərimə edilir. O cümlədən, avtomobil yollarının kənarlarında, su və su təsərrüftaı obyektlərinin ətrafında olan ağacların qanunsuz kəsilməsinə  fiziki, vəzifəli və hüquqi şəxslər müəyyən məbləğdə cərimə edilirlər". 

Sektor müdiri bildirib ki, hətta ağacın bir budağını kəsənlərə belə cərimə tətbiq edilir: "Buna görə fiziki şəxslər 100, vəzifəli şəxslər 200, hüquqi şəxslər min manat dəyərində cərimə edilir. Onu da deyim ki, əvvəllər yalnız xüsusi mülkiyyətdə olan yaşıllıqları məhv edəndə ona nəzarət aparılmırdı. Mövcud qanunvericiliyə dəyişiklik olunub. Yeni qaydalarda yalnız həyətyanı və bağ sahələrində, pay torpaqlarında məhsul verən ağaclara şamil edilmir. Tutaq ki, birinin xüsusi mülkiyyətidir. Burada hansısa şadlıq evi, başqa bir xidmət məntəqəsi varsa, orada ağac kəsilibsə, bu qaydalar ora şamil edilir. Kiminsə bağ sahəsi var, həyətyanıdır, onnlara şamil edilmir. Amma əvvəllər yaşıllıq sahələri olan əraziyə sonra ev tikmək üçün çıxarış alanlara cərimə şamil olunur".

Aytən

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений