Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Özəl şirkətlərdə və dövlət qurumlarında nə qədər Qarabağ qazisi işləyir? - SORĞU



Bir neçə gün öncə SOCAR müxtəlif strukturlarında 779 nəfər əlilin çalışması haqda məlumat yayımlayıb. Məlumata görə, onlardan 153-ü Qarabağ müharibəsi qaziləridir.

Maraqlıdır, digər qurumlarda çalışan Qarabağ qazilərinin sayı nə qədərdir?

Cebhe.info mövzunu araşdırmaq üçün kiçik sorğu keçirib.

Bəlli olub ki, hazırda mobil operator olan “Azercell”də hazırda 3 Qarabağ əlili çalışır. 

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətindən isə Cebhe.info-ya verilən məlumata görə, qurumun 11 mindən artıq işçisi var. Onlar arasında Qarabağ qaziləri də var. Lakin bu haqda konkret bir məlumat açıqlanmayıb. 

“Azəristilik” Açıq Səhmdar Cəmiyyətinin Abonentlərlə Xidmət Şöbəsinin müdiri Rafiq Əliyev də konkret rəqəm açıqlamayıb: 

“Oturaq işlə əlaqədar şəxsi işə götürərkən onun ayağının birinin olub, olmaması önəm kəsb etmir. Bu mənada heç bir fərq qoyulmur. Bu səbəbdən də xüsusi bir araşdırma aparmamışıq ki, bizdə nə qədər Qarabağ qazisi çalışır”. 

“Kapital Bank”dan Cebhe.info-ya verilən məlumata görə, onlarda bu istiqamətdə konkret rəqəm yoxdur: 

“Kapital Bank-da çalışanlar arasında Qarabağ qaziləri var. Lakin dəqiq sayını bilmirəm”.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətində çalışan Qarabağ qazilərinin sayı 478-dir. 

Nigar Məhərrəm
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений