Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

"Özümün yox, komandanın maraqlarını düşündüm" - MÜSAHİBƏ



“Neftçi”nin futbolçusu Emin Mahmudov "Qarabağ"la oyundan (0:0) sonra jurnalistlərin suallarını cavablandırıb. Apasport.az saytının əməkdaşının da iştirak etdiyi brifinqdə yarımmüdafiəçi maraqlı fikirlər səsləndirib.

- Oyun haqda nə deyə bilərsiz?

- Nəticə ədalətli oldu. Oyun ərzində qol vura, qol buraxa da bilərdik. Sonda yaxşı imkanımız olsa da, dəyərləndirə bilmədik.

- "Neftçi" bu gün 1 xal qazandı, ya 2 xal itirdi?

- Əgər 1 xal əldə etmişiksə, deməli, qazanmışıq (gülür).

- Turnir cədvəlində vəziyyət elədi ki, “Neftçi” “Qarabağ”la qarşılaşsa belə, qələbə qazanmalı idi...

- Düzdü, bizə hər oyunda qələbə lazımdı. Çünki irəlidəki komandalarla aradakı xal fərqini aradan qaldırmalıyıq. Qalib gələ bilməməyimiz pis oldu. Amma irəliyə doğru hərəkət etmək lazımdı. Qarşıda hələ 8 oyun var. Bu matçlardan maksimum faydalanmalıyıq. Bizdən öndə gedən komandalarla aradakı xal fərqinin artmasına imkan vermək olmaz.

- Baş məşqçi Tərlan Əhmədov mətbuat konfransında sizin zədəli olmağınıza rəğmən, oynadığınızı bildirdi. Bu amil millinin toplanışı ərəfəsində sizə mane ola bilərmi?

- Xeyr, mənim üçün problem deyil. Ayağımın arxa hissəsində yüngül ağrılar var. Ancaq bu, oyunuma təsir etmir. Bununla bağlı individual məşqlər edirəm. Sadəcə, son dəqiqələrdə yorğun olanda özünü müəyyən mənada göstərir.

- Bu gün 4-cü sarı vərəqəni alaraq, cəzalı duruma düşdünüz. Bu isə o deməkdi ki, Tərlan Əhmədov növbəti turda sizi oynada bilməyəcək...

- Bəli, çox pis oldu. Amma nə etmək olar? "Qarabağ"ın əks-hücuma keçməsinə mane olmaq lazım idi. Həmin epizodda özümün yox, komandanın maraqlarını düşündüm. Oynamasam belə, bizim yaxşı komandamız var. Məncə, olmamağım təsir göstərməyəcək.

- Azərbaycanda özünüzü necə hiss edirsiz? Rusiyaya qayıtmaq haqda düşünmürsüz?

- Xeyr, fikirləşmirəm. Sadəcə, istəyirəm ki, burda mənim üçün hər şey yaxşı olsun. Ondan başqa heç nə düşünmürəm.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений