Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Özümüzü necə müfis elan edək? - Banklar bu hüququmuzu da alır 



Azərbaycanda məhkəmələr fiziki şəxslərin müflis edilmə hüquqlarını təmin etməkdən imtina edir. Bu iddia ilə hüquqşünas, bank üzrə mütəxəssis Əkrəm Həsənov çıxış edib.

Hüquqşünasın sözlərinə görə, onlarla şəxs müflis elan edilməsi üçün məhkəməyə müraciət etsə də, o məhkəmələr vətəndaşların tələbini təmin etməyib. Qeyd edək ki, 2015-ci ildə "Azərbaycanda müflisləşmə və iflas haqqında" qanuna edilən dəyişikliyə görə artıq fiziki şəxslər də müflis elan edilə bilər.

Maraqlıdır, Azərbaycan məhkəmələri niyə fiziki şəxsləri müflis elan etmək istəmir? Müflis elan olunmağın şərtləri nədir?

Hüquqşünas Əkrəm Həsənov “Cümhuriyət” qəzetinə bildirib ki, “Müflisləşmə və iflas haqqında” Qanuna görə müflis o şəxs hesab olunur ki, öz borclarını ödəmək iqtidarında deyil: “Yəni, əmlakı və gəliri borcundan azdır. Əgər konkret vətəndaşdan söhbət gedirsə, bu o deməkdir ki, şəxsin avtomobili, torpağı, birdən çox evi və onun həyatı üçün zəruri olan digər əmlakı yoxdur. Yəni, vətəndaşın və onun himayəsində olan şəxslərin yaşayış minimumu təmin etməyə gəliri varsa və maaşı da 150 manatdırsa, bu o deməkdir ki, vətəndaş müflis elan oluna bilər. Bildiyimiz kimi ölkə prezidenti İlham Əliyevin təsdiqlədiyi qanuna görə, yaşayış minimumu 173 manat, əmək qabiliyyətli əhali üçün 183 manat məbləğ nəzərdə tutulur. Bu rəqəm təqaüdçülər üçün 144 manatdır”.

Ekspert qeyd edib ki, günün problemi Ali Məhkəmənin qərarıdır: “Ali Məhkəmənin belə bir qərarı olub ki, Azərbaycanda özünü ancaq hüquqi şəxslər, fərdi sahibkarlar və bank inzibatçıları müflis elan edə bilərlər. Bank inzibatçıları isə müşahidə şurasının, idarə heyətinin, audit komitəsinin üzvləri, baş mühasib və bankın filialdakı şöbə rəhbəri nəzərdə tutulur. Bu mövqe tamamilə səhvdir. Çünki müflisləşmə və iflas haqqında qanunda və Mülki Prosessual Məcəllədə qeyd olunub ki, istənilən fiziki və hüquqi şəxs özünü müflis elan edə bilər. Yəni, qanunda istisnalar yoxdur. Təəssüf ki, bankların təzyiqi altında məhkəmələr vətəndaşların özünü müflis elan etməsinə imkan vermir. Amma hər bir halda vətəndaş öz borcunu ödəmirsə, buna görə heç bir məsuliyyəti yoxdur”.

Y. Oqtayqızı

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений