Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Pakistanlı “Şah” Azərbaycanda saxlanıldı



Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 14 nəfər Pakistan İslam Respublikası və bir nə­fər Hindistan Respublikası vətəndaşı saxlanılıb.

DMX-dən verilən məlumata görə, araşdırma zamanı ölkədə qanunsuz yaşadığı üçün DMX tərəfindən saxlanılmış Hindistan vətəndaşı Nema Devi Haibamın Şərq ölkələri vətəndaşlarının Azərbaycan ərazisindən tranzit kimi istifadə etməklə, Avropa, Ukrayna, Rusiya Fede­ra­siyası və Türkiyə istiqamətində qanunsuz miqrasiya kanalını təşkil etdiyi məlum olub.

Digər şəxs - “Şah” ləqəbi ilə tanınan Pakistan vətəndaşı Syyed Muhammed Farrukh Razı Avropa istiqamətində getməkdə maraqlı olan əcnəbilərə vasitəçilik etməklə onların N.D.Haibamın qurbanlarına çevrilməsinə şərait yaradıb.

N.D.Haibam Avropaya getmək üçün Pakistan vətəndaşları Nadeem Muhammad və Shahzad Adnana Pakistanda yaşayan şəxslərin köməyi və iştirakı ilə müəyyən məbləğ qarşılığında saxta Şengen vizaları alıb. Lakin adıçəkilən Pakistan vətəndaşlarının  bu il yanvarın 12-də Azərbaycan ərazisini İtaliya istiqamətində tərk etmək cəhdləri baş tutmayıb. Belə ki, N.D.Haibam vədini yerinə yetirməyib və “viza”ları onlara təqdim etməyib.

Həmçinin N.D.Haibam daha altı əcnəbi ilə birbaşa razılaşma əl­də edib, onların hər birini yalan vədlərlə aldatmaqla qanunsuz miqranta çe­vir­ib. Bundan əlavə, araşdırma zamanı N.D.Haibamın ABŞ-a və digər ölkələrə əcnəbilərin qanunsuz yollarla göndərilməsini beynəlxalq səviyyədə təşkil edən şəxslərlə əlaqələr ya­rat­dığı müəyyən olunub.

Beləliklə, Nema Devi Haibam və Syyed Muhammed Farrukh Razı əcnəbiləri inandırmaqla onların külli miqdarda vəsaitini mənimsəyib və qanunsuz miqrasiyaya zəmin yaradıb. Qeyd olunan əcnəbilərin qanunsuz əməlləri tam sübuta yetirilib, faktlar öz təs­diqini tapıb və qanunsuz miqrasiya kanalını təşkil edən şəxslər ifşa edilərək zərərsizləşdirilib.

Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində tədbirlər davam etdirilir.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений