Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

"Park Cinema"da rus dili SEVGİSİ: "Elə günlər olur ki, bizdə Azərbaycan dilində film heç olmur"



“Uşaqlarımla 1 iyun tarixində filmə baxmaq üçün Metro Park ticarət mərkəzində yerləşən "Park Cinema"-ya getsək də, bizə Azərbaycan dilində filmin olmadığını, ancaq rus dilində filmlərin olduğu bildirildi”.

Bu sözləri Cebhe.info-ya şikayətçi Aygül Məmmədova bildirib. O, qeyd edib ki, əvvəllər övladları ilə Azərbaycan dilində bir çox filmlərə baxsa da, son vaxtlar azərbaycanca altyazılı olan filmlərlə belə rastlaşa bilmir:

“Seansda olan filmlərin hamısı rus dilində idi, mənim uşaqlarım isə rus dilini bilmir. Azərbaycanda Azərbaycan dilində filmlərin nə üçün olmadığını başa düşə bilmirəm. Axı biz rus deyilik. "Metro Park"da Azərbaycan dilində altyazılı filmlərin belə olmadığına görə, məkanı tərk etdik”.

Cebhe.info olaraq "Park Cinema" ilə əlaqə saxladıq. Zəngimizə cavab verən şəxs burada şikayət üçün səbəb olmadığını bildirdi:

“Bu şikayət üçün əsas deyil. Bizdə elə günlər olur ki, Azərbaycan dilində filmlər heç olmur. Ancaq rus dilində olur. Seanslar əvvəlcədən rəhbərlik tərəfindən müəyyən olunur. Beləliklə də seanslar üzrə filmlər göstərilir”.

Qeyd edək ki, "Park Cinema"-nın saytında hal-hazırda seansda 7 film var. Onlar ABŞ, Rusiya, Böyük Britaniya, Kanadaya məxsus olan filmlərdir. Cədvəldə filmlərdən 4-nün Azərbaycan dilində altyazılı variantı olsa da, 3 film ancaq rus dilində təklif edilir.

Hicranə İsmayılova
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений