Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Parlament problemli kreditlərə baxmadan istirahətə gedir: Ümid payıza qalıb - DEPUTAT



Azərbaycanda bank sistemi fəaliyyətə başlayandan bir müddət sonra məlum oldu ki, bu sahədə xeyli problemlər mövcuddur. Belə ki, bir neçə dəfə aldadılan cəmiyyət banklara inanmır, banklar isə insanların etibarını qaznmaq əvəzinə əksinə daha da itirirməyə başladılar. 

2016-cı ildə isə daha bir problem ortaya çıxdı. Banklardan dollarla kredit götürən insanlara borcu yeni məzənnə ilə qaytaracaqlarını bildirdilər. Bu isə mövcud problemlərin üstünə yenilərini də əlavə etmiş oldu. Bu dəfə banklarda problemli kreditlər ortaya çıxdı. Dəfələrlə bu məsələ hökumət səviyyəsində həll olunmağa çalışılsa da, məsələ hələ də olduğu kimi qalır. Hətta, Milli Məclisdə də məsələ gündəmə çıxarılaraq, müzakirəyə çıxarıldı. Bu dəfə də heç bir əhəmiyyəti olmadı. Daha sonra məsələnin yenidən gündəliyə salınacağı deyilsə də, payız sessiyasında problemli kredit məsələsinin adını da tutmadılar.

Bəziləri bu məsələnin parlamentin gündəliyindən çıxarıldığını desə də, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov Cebhe.info-ya açıqlamasında bildirdi ki, sözügedən məsələ gündəmdən düşməyib:

"Dollarla olan problemli kreditlər məsələsini biz mütəmadi olaraq qaldırırıq. Bilirsiz ki, 2016-cı ildə bizim bununla əlaqədar xüsusi 14 səhifəlik təkliflərimiz oldu. Onları bir neçə təşkilatlara da yollamışıq. Amma hələlik baxılmayıb. Bu gün də bu məsələ gündəmdədi. Bəlkə də baxılır, bizim məlumatımız yoxdur. Çünki bank sisteminin sağlamlaşdırılması, cənab prezidentin qarşıya qoyduğu əsas məqsədlərdəndir. Problemli kreditlər onsuzda artır. Bankların kapitallaşma problemi var. Yəni, məsələyə kompleks yanaşmaq lazımdır". 

Elmir Murad
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений