Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Paşinyan hökuməti: manyakdan tutmuş kokain ticarətçisinə qədər...



Ermənistanın baş naziri Nikol Paşinyan növbədənəkənar parlament seçkilərinin keçirilməsini sürətləndirmək üçün seçki qanunvericiliyinin qəbulundan sonra istefa verməyə hazırlaşır.

Beləliklə, Paşinyan bu ilin sentyabr ayına təyin edilən növbədənkənar parlament seçkiləri vasitəsilə hökumətin sabiq başçısı Serj Sarqsyana sadiq olan deputatları tam neytrallaşdırmaq istəyir. Bu hadisələrin nələrə səbəb olacağı, Paşinyanın onun hökumətini dəstəkləyəcək parlament qura bilib-bilməyəcəyi açıq qalan məsələlərdir.

Bu gün Ermənistan cəmiyyətini daha çox hökumətdə və digər yüksək vəzifələrdə edilən son təyinatlar maraqlandırır, daha çox isə narahat edir.

Məsələn, N.Paşinyanın Smbat Qoqyanı Ermənistan Ali Attestasiya Komissiyasının rəhbəri vəzifəsinə təyin etməsi sosial şəbəkələrdə və mətbuatda fırtınaya səbəb olub. Onun kimliyi ermənilərdə, yumşaq desək, narazılığa səbəb olub. Sosial şəbəkə istifadəçiləri yeni təyin olunmuş məmuru faşist, manyak və özünü idarə edə bilməyən insan kimi xarakterizə ediblər. Yeri gəlmişkən, onun yalnız bir şəkli hər şeydən xəbər verir.

Georgi Muradyan

Ermənistan baş naziri müavininin müşaviri vəzifəsinə ölkənin Odessadakı keçmiş konsulu, Ermənistanda və ondan kənarda daha çox "Jorik" kimi tanınan cinayətkar Georgi Muradyanın təyin olunması isə Ermənistanda peşəkar qıtlığının və ya baş nazirin peşəkarı səriştəsiz şəxsdən ayıra bilməmisinin bariz nümunəsidir.

G.Muradyanın adı vaxtaşırı KİV-də polisin həftəlik hesabatlarında çıxıb: o, narkotik alveri ilə məşğul olub və böyük miqdarda kokain qaçaqmalçılığına görə azadlıqdan məhrum edilib. Azadlığa çıxandan sonra Ermənistan parlamentinin sədri, sonradan ölkənin baş naziri olan Ovik Abramyan onu "qanadları" altına alıb. G.Muradyan bir müddət onun baş müşaviri vəzifəsində çalışıb, 2012-ci ildə isə Serj Sarqsyanın fərmanı ilə Ermənistanın Odessadakı baş konsulu vəzifəsinə təyin olunub.

Oxucuların diqqətini cəlb etməyin zəruri olduğu başqa bir şəxs Ermənistanın yeni mədəniyyət naziri Lilit Makuntsdur.

Belə ki, daha əvvəl "Lenta.Ru" yeni nazirin "Facebook" səhifəsində "Mədəniyyət mənəm, o, hər birimizdə olduğu kimi, həm də məndədir" yazmasının sosial şəbəkə istifadəçilərinin tənqidinə səbəb olduğunu, nəticədə nazirin postunu sildiyini yazıb.

Lilit Makunts

Sonradan L.Makunts hərəkətinə bəraət qazandırmaq üçün yazdıqları ilə maraqlananlara onun, mədəniyyətin harada olduğunu, onların harada görüşdüklərini izah etmək istədiyini bildirib.

Bundan əlavə, ermənilərin hamısı onun kim olduğunu və haradan gəldiyini anlamağa çalışırdılar. Sonda cavabı Rusiya-Ermənistan (Slavyan) Universitetinin tələbələri tapıb.

"Bu ki bizim ingilis dili müəllimimizdir" - deyə bir qız elə həmin "Facebook"da yazıb. Onun sözlərini digər tələbələr də təsdiqləyiblər. Sonradan məlum olub ki, L.Makunts müxalif Erməni Milli Konqresi üzrə N.Paşinyanın keçmiş silahdaşıdır, hətta 2012-ci ildə bu blok siyahısına əsasən parlamentə namizədliyini də irəli sürüb. Onun 34 yaşı var, liberaldır, Ermənistan Liberal Partiyasını təmsil edir.

Amma DJ Ed Ward kimi də tanınan 30 yaşlı Eduard Ağacanyan hökumət aparatının rəhbəri vəzifəsinə təyin olunmasına heç bir izah da gətiməyib. O, N.Paşinyanın çoxdankı tərəfdarıdır, yeni təyinata qədər Paşinyanı hakimiyyətə gətirən "Yolk" blokundan Yerevan Ağsaqqallar Şurasının (paytaxt bələdiyyəsinin idarəetmə orqanı) üzvü olub. E.Ağacanyanın atası Yerevanda elit restoran sahibidir, elektrik cihazlarının satışı üzrə böyük ticarət zəncirində pay sahibidir, oğul isə siyasi fəaliyyətlə yanaşı, iaşə sahəsində biznes qurmağa çalışıb. Amma görünür, Monako Beynəlxalq Universitetinin iki diplomu da işə yaramayıb və o, indi siyasət aləmindədir.

Eduard Ağacanyan

Bu, Paşinyanın hökumətdəki 11 silahdaşı arasında "uğursuz təyinatlar"la bağlı sadəcə bir neçə nümunə idi. Onun ətrafını ictimaiyyət müsbət qarşılamır, əksinə, son hadisələr yeni baş nazirin hakimiyyətinin yalnız onun şəxsiyyətindən asılı vəziyyətdə olduğunu göstərir.

Lakin N.Paşinyan "Facebook"da post yerləşdirməklə artıq özünə bəraət qazandırmağa çalışıb: "Biz düzgün kadr siyasəti aparmaq istəyirik, amma bu heç də həmişə alınmır. Amma təyinatlar da bu ana qədər fəlakətə gətirib çıxarmayıb. Belə olarsa, sizi əmin ediriəm, məmur məsuliyyət daşıyacaq".

Bu vəziyyət nə qədər davam edəcək? Küçə inqilabının keçmiş lideri ölkəni cinayətkar, DJ-biznesmen, manyak və erməni cəmiyyətinin digər "qaymaqları" ilə idarə edə biləcəkmi? O, ən azı buna inanır və xalqı da inanmağa çağırır.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений