Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Paşinyan Rusiyaya “qaz savaşı” açır:



Ermənistanın yeni hökuməti növbəti addımı ilə gündəmə gəlib.

Belə ki, Ermənistan Rusiyadan olan qaz asılılığını İranın hesabına minimuma endirmək niyyətindədir. Ermənistan nümayəndə heyətinin İrana səfəri çərçivəsində bu məsələnin də müzakirə olunacağı gözlənilir. Erməni mətbuatı iddia edir ki, Paşinyan hakimiyyəti İrandan qaz almaqla Rusiyadan olan təzyiqləri dəf etmək istəyir. Siyasi analitikləri hesab edir ki, Paşinyanın bu addımı Qərbin xüsusi sifarişidir. Bu, həm də Ermənistanı Rusiyanın təsir dairəsindən müəyyən qədər çıxarmağa hesablanıb. Amma Rusiyanın Ermənistan üzərindəki təsdiq gücü bu planın baş tutma ehtimalını minimuma endirir.

Qeyd edək ki, Ermənistan bu günə qədər Rusiyanın “Qazprom” şirkəti tərəfindən ucuz qazla təmin edilir.  Ermənistanın indi qaz almaq üçün İrana yönəlməsi problemin həllində ciddi başağırısı ola bilər. Nəzərə alsaq ki, Qərb özü İrana sanksiyalar tətbiq edib və bunun daha da sərtləşdiriləcəyi istisna deyil. Bu baxımdan, Ermənistanın qaz probleminin həllində İranı tərəfdaş seçməsi  heç də uğurlu addım hesab edilmir. Buna görə də Ermənistanın hələ də Rusiyadan asılı vəziyyətdə qalacağı ehtimalı güclüdür. Digər tərəfdən, Qarabağ münaqişəsinin həll edilməməsi Ermənistana alternativ seçim imkanları vermir. 

Maraqlıdır, Ermənistan Rusiyanı qarşısına alaraq İranla qaz razılaşmasına gedə bilərmi? Əgər gedərsə, Rusiya Ermənistana qarşı hansı addımları atacaq?

Siyasi şərhçi Fikrət Sadıxov “Cümhuriyət” qəzetinə bildirib ki, Rusiya Ermənistana göndərdiyi qazın qiymətini qaldırıb: “Bu da özlüyündə siyasi addımdır. Rusiya bununla Ermənistana siyasi mesaj göndərir ki, sən Qərblə çabalayırsan, amma məndən həm hərbi-texniki, həm də enerji məsələlərində asılılığın kifayət qədər çoxdur. Təbii ki, belə olan təqdirdə  Ermənistan üzünü İrana döndərir və çox istəyir ki, qaz təminatını bu mənbə hesabına reallaşdırmağa çalışır. Bəlkə də İran onu  təmin edə bilər. Ermənistanın yeganə pəncərəsi elə İrandır.

Çünki Ermənistan hər tərəfdən blokada və təcrid vəziyyətində yaşayır. Eyni zamanda yaddan çıxarmayaq ki, Rusiya ilə İran arasında münasibətlər kifayət qədər yaxşıdır və onların partniyorluq münasibətləri inkişaf edir. Düşünürəm ki, İran mütləq Rusiya ilə münasibəti nəzərə alacaq. O, heç vaxt Rusiyanın maraqlarına zidd addım ata bilməz. Beləliklə, Ermənistan yenə belə mürəkkəb problemlərlə üzləşəcək. Hər halda onun enerji məsələsində başqa çıxış yolu yoxdur. Ermənistan  Rusiyadan aldığı qazdan istifadə edir və müəyyən dərəcədə də İrandan nəsə gəlir. Yəni, başqa mənbələri mövcud deyil. Bunu nəzərə alaraq hesab edirəm ki, Ermənistanın növbəti dəfə yeni problemlərlə üzləşməsi gözləniləndir”.

Alçina Amilqızı

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений