Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Pediatrdan süni qidalarla bağlı həyəcanlı ÇAĞIRIŞ



Tanınmış pediatr Vaqif Qarayev gənc analara səslənərək, südəmər övladlarının süni qidalardan uzaq olmalarını tövsiyyə edib.

Cebhe.info xəbər verir ki, həkim mağazalarda satılan süni qidaların südəmər yaşlı körpələrdə bir çox fəsadlar törətdiyini bildirib. 

O, deyib ki, bu yaşda körpələrdə son vaxtlar daha çox allergik və mədə bağırsaq pozğunluqların rast gəlinir: 

“Gənc analara səslənirəm və deyirəm, südəmər yaşlı uşaqlara marketlərdən hazır yeməklər almayın.  Son vaxtlar körpələrdə rast gəlinən allergik və mədə-bağırsaq pozğunluqlarının bir səbəbi də bu hazır qida məhsullarıdı. Özünüz hazırlayın, öz əllərinizlə... Bu mütləqdir! Şəkərbura və paxlavanı hazırlamağı bacarmaya bilərsiniz. Bundan heç nə olmaz. Amma "tərəvəz püresini necə hazırlayım" sualı günümüzdə yaxşı səslənmir. Bunu həkimləriniz də izah edə bilər. Amma arada internetin də imkanlarından istifadə etmək olar. Bununla yanaşı analar da ailə qurmağa hazırlaşan gənc qızlarına bəzi məsləhətləri versələr yaxşı olar”.

Alçina Amilqızı
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений