Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Pentaqondan Türkiyə açıqlaması: “Özü bilir...”



ABŞ Dövlət Departamentinin Rusiyadan “S-400” raketləri almağa hazırlaşan Türkiyəyə qarşı sanksiyaların tətbiq ediləcəyi xəbərdarlığından sonra bu barədə daha bir açıqlama Pentaqondan verilib.

Cebhe.info xarici KİV-lərə istinadən xəbər verir ki, Pentaqon sözçüsü Dana Vayt Türkiyə ilə danışıqların davam etdiyini bildirib. O, tərəflər arasında ortaq anlaşmanın əldə ediləcəyinə ümid etdiyini və sanksiyalara ehtiyac qalmaya biləcəyini də diqqətə çatdırıb.

“Bu müdafiə sistemlərinin alınmasının doğru olmadığı məsələsini Türkiyə ilə müzakirə edirik. Əlbəttə, strateji maraqları üçün ən doğru qərarın nə olduğunu Türkiyə özü bilir. Buna Ankara qərar verəcək. Amma bu sistemlərin NATO standartlarına uyğun olmadığını Türkiyəyə bildirmişik”, - deyə Dana Vayt qeyd edib. 

Mənsur Rəğbətoğlu 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений