Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

"Petkim" İzmirdə neft-kimya sənaye zonasının yaradılmasında iştirak edə bilər



“Səhmdarların tələbi olarsa, "Petkim Holding” İzmirdə neft-kimya sənaye zonasının yaradılması təşəbbüsündə iştirak edə bilər". Türkiyənin elm, sənaye və texnologiya naziri Faruk Özlünün İzmirdə neft-kimya sənaye zonasının yaradılması fikrinə müsbət baxdıqlarını deyən Holdinqin baş direktoru Anar Məmmədov səhmdarların tələbi olarsa, belə bir təşəbbüsə dəstəyin mümkün olduğunu vurğulayıb.

“Report” bu barədə "Yenibakis.com.tr"-yə istinadən xəbər verir.

Türkiyənin neft-kimya sektorunda dünyanın ən böyük ikinci idxalçısı olduğunu deyən A.Məmmədov Türkiyədə təkcə istehsalçı olaraq daxili tələbatın 18%-ni qarşıladıqlarını bildirib:

"Sektordakı ehtiyaclar nəzərə alındıqda, təbii olaraq, yerli və xarici şirkətlərin bu sahədəki sərmayəyə müsbət baxacağını demək olar. Türkiyənin neft-kimya ehtiyacının təxminənən 80%-i isə idxal hesabına təmin olunur. Başqa sözlə, bu sahə üçün burada mühüm bazar mövcuddur".

Qeyd edək ki, bir müddət əvvəl nazir F.Özlü Türkiyədə 5 bölgədə nəhəng sənaye zonalarının yaradılacağını açıqlayıb. O, bu 5 zonadan birinin Aliağa-Menemen bölgəsində Neft-Kimya Sənaye Zonasının qurulucacağını bildirib.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений