Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

PFL "Qarabağ"a görə əsasnaməni pozdu!



Bakı Olimpiya Stadionu ilk dəfə olaraq Topaz Premyer Liqasının oyununu qəbul edəcək.

Rekord.az xəbər verir ki, “Qarabağ” çempionatın 12-ci turu çərçivəsində “Sumqayıt”la ölkənin ən böyük arenasında qarşılaşacaq.
 
Buna səbəb "Qarabağ"ın Çempionlar Liqasında “Çelsi” ilə oyun öncəsində bu arenada oynamaq istəyi olub. Bu isə çempionatın əsasnaməsinin kobud şəkildə pozulması deməkdir. Belə ki, PFL-in Premyer Liqanın keçirilməsi haqqında olan əsasnaməsinə görə mövsüm ərzində hər komanda ev sahibi kimi yalnız iki stadionun xidmətindən istifadə edə bilər. "Qarabağ" da mövsüm öncəsi bu quruma "Azersun Arena" və Tofiq Bəhramov adına Respublika stadionunun adını göndərib və artıq hər iki stadionda ev sahibi kimi qonaq qəbul edib. Beləliklə, "Sumqayıt"la BOS-da keçiriləcək oyun əsasnamənin kobud şəkildə pozulması demək olacaq.

Xatırladaq ki, “Qarabağ” “Çelsi”ni noyabrın 22-də Olimpiya Stadionunda qəbul edəcək.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений