Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

PKK-çılar bu yollardan qaçır - FOTOLAR



Türk Silahlı Qüvvətləri (TSQ) “Zeytun Budağı” hərəkatı ilə terroristlərdən təmizlənən Afrin çölündəki strateji dağ və təpələrdə terror təşkilatı PYD/PKK-nın tikdiyi qüllələr və tunelləri ortaya çıxarıb.

Cebhe.info xəbər verir ki, PYD-li terroristlər təpələrə qurulan qüllələr və tunellərdən qaçmaq məqsədilə istifadə etmək üçün nəzərdə tutublar.

Qısa müddət əvvələ qədər qüllələri və tunelləri ilə ön plana çıxan, Türkiyəni görən və Kilisi hədəf alan raket hücumlarının olduğu nöqtələrdən Sirgaya Təpəsi də əməliyyat sırasında terroristlərdən alınıb.

Terror təşkilatı PKK/PYD üzvləri mülki savaş başlayandan sonra Afrin şəhəri və çöllərində bir çox kəndləri nəzarəti altına alıb. Ərəblərlə türkmənləri təzyiqlə evlərindən uzaqlaşdıraraq, buralarda məskən salan terroristlər, Türkiyənin edə biləcəyi əməliyyat ehtimalına qarşı da hazırlıq ediblər. Son 5 illik zamanda Afrin şəhərinin dağ, təpə və strateji nöqtələri terroristlər tərəfindən “qala”ya çevrilib.

Terroristlər hakim nöqtələrə 3-4 metr hündürlükdə və 1 metr enində dəmir-beton müşahidə qüllələri tikiblər. Tunellərin və qalanın ətrafı dəmir-beton strukturları ilə əhatə olunub. Terroristlərin mühafizə etdiyi labirintlərə bənzər tunellərin bəziləri kilometrələrlə uzundur. Tunellərdən terrorçular olduqları yerdən mümkün əməliyyatlarda qaçış yolu kimi istifadə etdiyi məlum olub.

TSK qoşunlarının başlatdığı və Azad Suriya Ordusunun (ASO) dəstəyilə keçirilən "Zeytun Budağı” əməliyyatı ilə terrorçulardan azad edilən strateji nöqtələr arasında Sirqaya təpəsilə yanaşı, digər strateji ərazilərin də azad edildiyi bildirilir. Terroristlərdən azad edilən ərazilər sonra mina və partlayıcı maddələrdən də təmizlənir. Sirgaya Təpəsində keşik çəkən ASO qüvvələri bir neçə kilometr uzaqlıqdakı terror təşkilatı PYD-nin nəzarəti altında olan Bafelyun Təpəsi ilə Katme və Veregen kəndlərindən olunan hücumlara qarşılıq verirlər.

Yeganə Oqtayqızı
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений