Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

PKK-nın mağarasından 19 ölkənin silahı çıxdı



Türkiyə ordusu PKK-ya qarşı əməliyyatlara davam edir.

Cebhe.info türk mətbuatına istinadən xəbər verir ki, PKK terror təşkilatının "azad edilmiş zona" kimi təqdim etdiyi Kato dağındakı əməliyyatda təşkilatın 53 sığınacağında müxtəlif modeldə 648 silah və tonlarla sursat ələ keçirilib. Ələ keçən silahların 19 fərqli ölkə istehsalı olması da diqqət çəkib. 

Bundan əlavə sığınacaq kimi istifadə edilən 53 mağaradan 533 ədəd "Kalaşnikov" avtomatı tapılıb. Yerin dərinliyində olan bu mağaralarda terrorçular gizlənmək üçün rahat şərait yaratıblarmış. 

Türkiyə Silahlı Qüvvələrinin verdiyi açıqlamaya görə, İraqın şimalında keçirilən əməliyatda 6 terrorçu məhv edilib.

Məcid
Cebhe.info







© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений