Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Poliklinikanın səhvi Qarabağ əlilinin maşın qazanmasını əngəllədi - İDDİA



Bərdə rayon Çələbilər kəndində yaşayan Qarabağ əlili, çavuş Əsədov Elman Yunis oğlu tərəfindən Cebhe.info-ya şikayət daxil olub.

Şikayətçinin sözlərinə görə, Qarabağ döyüşlərində iştirak etdiyi üçün 2016-cı ildə ona II qrup əlillik təyin edilib. 

E.Əsədova Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qarabağ əlillərinə avtomobil hədiyyə edilib. Lakin 2017 ci ildə Bərdə Mərkəzi Rayon Xəstəxanasında səhvən sistemə edilən dəyişiklik həmin şəxsin avtomobil alması üçün müraciət etməsinə mane olub. O, bildirir ki, səhvən sistemdə avtomobildən imtina yazılıb: 

“Hələ o zaman müraciət edəndə bildirilmişdir ki, avtomobil növbəsinə dayanmaq üçün tam hüquqluyam, xəstəliyim, əlilliyim də buna imkan verir. Lakin sistemə necə müdaxilə edilibsə, mənim avtomobil almaqdan imtina etdiyim əksini tapıb. Tələb edirəm ki, sistemdəki bu problem həllini tapsın”.

E.Əsədov yaranan bu problemlə əlaqədar nazirliyə də müraciət edib: 

“Bununla əlaqədar olaraq nazirliyə də müraciət etmişəm. Bildiriblər ki, bu problem elə xəstəxana tərəfindən də aradan qaldırılmalıdır. Xahiş edirəm bu ədalətsizliyə son qoymaq üçün sistemdə əlilliyimin bərpa edilməsinə kömək edəsiniz”.

Şikayətçi buna baxmayaraq hazırda Qarabağ əlili kimi təqaüd aldığını deyir: “Lakin yaranan bu problem növbəti komssiya yoxlanışında problem yarada bilər. Ola bilər ki, növbəti yoxlanışda əlillik təqaüdü verilməsin”.

Məsələ ilə bağlı bölgə müxbirimiz araşdırma aparır.

Nigar Məhərrəm
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений