Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Polis gecə əməliyyatına hazırlaşır: Müxalifət lideri yaralandı- İRƏVANDA QARŞIDURMA



Ermənistan paytaxtı İrəvanda bu gün günorta saatlarında baş verən qarşıdurmada yaralananlar var.

Cebhe.info yerli mətbuata istinadən bildirir ki, yaralıların sayı barədə məlumat verilməsə də, polisin gecə xüsusi əməliyyata hazırlaşdığı deyilir.

Məqsəd aksiyaçıları dağıtmaqdır. Aksiya iştirakçılarının sosial şəbəkələrdə yazdığına görə, polislərə qaz əleyhinə avadanlıq paylanıb: “Görünür, onlar nəyəsə hazırlaşırlar”. 

Digər məlumatlara görə, müxalifət lideri, aksiyaların təşkilatçısı Nikola Paşinyan yaralanıb və xəstəxanaya aparılıb. Onu Nairidəki tibb məntəqəsinə aparıblar. Müxalifət ldieri ilkin tibbi yardım aldıqdan sonra aksiyaçıların yanına qayıdacağını deyib.

Yaralananlar arasında İrəvan Ağsaqqallar Şurasının üzvü Alen Simonyan da var. Onun arvadı sosial şəbəkədə Simonyanın tibb məntəqəsinə aparıldığını yazıb. 

Xəzər
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений