Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Politoloq: “AXCP milli və siyasi birlik üçün çalışır”



 “Ölkədə artıq siyasi muxalifətin canlanması və birlik istiqamətində çalışması zamanıdır. Ölkəmizə qarşı xarici təhdidlər və Qarabağ münaqişəsi ətrafında gedən gərgin situasiya, danışıqların nəticəsiz olması, Azərbaycana güzəştə getmək üçün təzyiqlərin edilməsi davam edir. Minsk qrupu çərçivəsində aparılan danışıqlarda Azərbaycana qarşı yeni şərtlər irəli sürülür”. 

Bunu Cebhe.info-ya açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü, politoloq Məhəmməd Əsədullazadə deyib. M.Əsədullazadənin sözlərinə görə, bu gün AXCP ölkədə milli, siyasi birliyin əldə olunmasına çalışır:

“Bir tərəfdən Rusiyadan ölkəmizə qarşı həm Qarabağ danışıqlarında təzyiqlər, həmçinin digər sahələrdə olunan təhdidlər artıq açıq müstəviyə keçib. Rusiyada Azərbaycanın böyük diaspor təşkilatı olan Ümumrusiya Azərbaycanlıları Konqrensinin qeydiyyatının ləğv edilməsi bu təzyiqlərin kulminasiyası idi. Belə bir təzyiqlərin cəbhədə də davam edəcəyi gözlənilir.  Regionda gedən geosiyasi problemlər və ölkəmizə bu kimi təhdidlər fonunda iqtidarın müxalifəti dışlaması, dialoqa açıq olmaması prosesləri daha da mürəkkəbləşdirir.

Artıq dünyada yeni nizam formalaşır, iqtidar və müxalifət çiyin -çiyinə bu kimi xarici təzyiqlər qarşısında birləşməlidir. Qardaş Türkiyə modelini ölkəmizdə tətbiq etməyin zamanıdır. Nə qədər fikir ayrılıqlarına və bir-birlərini iddiham etmələrinə baxmayaraq, dövlətin ümumi mənafelərinin müdafiəsində bir olurlar. Müxalifətin birliyini həmişə irəli sürən vu bu istiqamətdə daima öz təkliflərini verən  AXCP sədri Razi Nurullayev ölkəmizin gələcək təhdidlər qarşısında duruş gətirməsini bu birlikdə görərək, daima bunu həm siyasi partiyaların, həm də hakimiyyətin diqqətinə çatdırır.

 Məhz AXCP ölkədə siyasi və milli birliyin əldə olunması üçün çalışır. Siyasi partiyaların birləşməsi üçün səylərini davam etdirir.  Hesab edirəm ki, AXCP sədri Razi Nurullayevin birləşmək çağırışına cavab verməyin artıq zamanıdır. Xarici təhdidlər və təzyiqlər qarşısında bir olaq!”

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений