Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Politoloq: "...Baş nazirliyə adları qeyd edilənlərin siyasi iddiası olanlar və intriqalarda adları dəfələrlə hallanıb"



“Əvvəllər dəfələrlə kimin baş nazir olacağı ilə bağlı mənə çoxlu suallar verilib. Cavabımda konkret ad çəkmədən qeyd edirdim ki, bu posta intriqasız və siyasi iddiası olmayan şəxs seçiləcək. Verilən suallarda baş nazir postuna indiyə kimi adı hallanan şəxslərin üzərində durmadım. Çünki, baş nazirliyə adları qeyd edilənlərin siyasi iddiası olanlar və intriqalarda adları dəfələrlə hallanıb. Belə şəxslərin baş nazirliyə gətirilməsi isə, mövcud iqtidar üçün problemlərə yol açardı”.

Cebhe.info xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

O bildirib ki, göründüyü kimi uzun illər Prezident Aparatında şöbə müdiri olan sakit təbiətli və siyasi iddiası olmayan Novruz Məmmədov baş nazir nominasiyasına təqdim edildi:

“Novruz Məmmədovun baş nazirliyə gətirilməsi iqtidarda bütün tərəfləri qane edir. Çünki, heç bir siyasi qrupda olmayaraq, birinci şəxsə sadiq olub və ona həvalə edilən beynəlxalq münasibətləri kurasiya edib. Baş nazir Novruz Məmmədovun qarşısında əsas vəzifə iqtisadi sahəni kurasiya etmək, hökumətin işini təkmilləşdirmək olacaq. Bunun öhdəsindən gələciyi şübhəsizdir. Sələfi Artur Rasizadənin işini davam etdirəcək. Ümid edirik ki, tez-tez mətbuatda görünməklə, ölkədə baş nazirin fəaliyyətini xalqa təqdim edəcək”.

Yeganə Oqtayqızı
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений