Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Politoloq: "Gürcüstanın NATO-ya qəbul olunması razılaşdırılıb"



Bu gün NATO-nun sammiti öz işinə başlayır. Sammitdə quruma üzv və tərəfdaş ölkələrin rəsmi şəxsləri iştirak edəcək. Sammit işinə başlamazdan əvvəl maraqlı açıqlamalar yayılıb. Belə ki, iyulun 10-da NATO-nun Parlament Assambleyasının prezidenti Paolo Ali bəyanatla çıxış edərək bildirib ki, Gürcüstan ən qısa zamanda NATO-nun üzvü olmalıdır. O, qeyd edib ki, Gürcüstan təşkilata üzv olmaq istiqamətində iri addımlarla irəliləyir. NATO-nun Gürcüstanın bu formada inkişafını alqışladığını bildirən assambleyanın sədri bunun üçün rəsmi Tiflisə hər cürə dəstək verməyə hazır olduqlarını deyib. 

Bu fikirlərlə tam razı olan politoloq Qabil Hüseynli Cebhe.info-ya açıqlamasında bildirdi ki, Gürcüstanın NATO-ya qəbul olunması üçün  imkanları həmişə yüksək olub. Q.Hüseynli qeyd etdi ki, bunu NATO-nun səlahiyyətliləri də dəfələrlə bəyan ediblər: 

"Gürcüstan öz ərazisində artıq NATO-nun müəyyən qurğularına yer verib. Ölkə ordusunu NATO standartlarında qurmaq üçün ciddi dəyişiklilər aparıb. Demək olar ki, əhali də bur prosesin tərəfindədir. Yəni Gürcüstan NATO-ya tam hazır vəziyyətdədir. Mənim zənnimcə artıq ciddi sürətdə Gürcüstanın NATO-ya qəbul olunması razılaşdırılıb. Elə NATO-nun baş katibi də buna eyham vurub". 

Qonşu ölkənin NATO-ya üzv qəbul olunması ilə bağlı xeyli vaxtdı Gürcüstan hökumətinin Qərb ölkələri ilə aktiv tərəfdaşlıq etdiyini qeyd edən siyasi ekspertin fikrincə, rəsmi Vaşinqton da bu prosesə ciddi dəstək verməkdədir: 

"Ola bilər ki, NATO-nun sammiti, zirvə toplantısının keçirildiyi zamanda bununla bağlı ciddi qərar qəbul olunsun. Düzdür bəzi ekspertlər Gürcütanın NATO-ya qəbul edilməsi məsələsinin müəyyən zaman tələb edəcəiyini iddia edirlər. Amma mən düşünrüəm ki, sammitin gedişatı dövründə nəsə yenilik olsun. Bu olsa Gürcüstanın NATO-ya qəbul edilməsi artıq baş vermiş hadisə ola bilər. Bu məsələnin növbəti sammitə kimi təxirə salınacağını düşünmürəm. Əlbəttə qarşıda Gürcüstanda prezident seçkiləri var. Amma mənə elə gəlir ki, bu hadisənin indi baş verməsi ehtimalı daha çoxdur. Gürcüstanın quruma üzlüyü qəbul olunsa bu faktor hakimiyyətdə olan qüvvələrə müsbət təsir etmiş olacaq".

Elmir Murad
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений