Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Politoloq: "Kim Çen In üçün sonun başlanğıcına start verildi"



ABŞ prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen Inın Sinqapurda görüşü və imzaladıqları anlaşma mənə 1980-ci illərin ortalarında Amerikanın keçmiş prezidenti Ronald Reyqanla SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçovun görüş və imzaladıqları anlaşmanı xatırladır. 

Cebhe.info xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu bildirib. 

O, qeyd edib ki, ABŞ və SSRİ yola getmirdilər, dünyanı iki yerə - “mənimkilər” və “sizinkilər”ə bölmüşdülər. O zaman da Vaşinqton Moskvanın saqqızını oğurladı, başını tumarladı və… böyük imperiyanı tarixin arxivinə göndərdi:

"Əlbəttə, Şimali Koreya lideri Vaşinqtona hələ təslim olmayıb, ancaq ilk təmas avtoritar üsullarla idarə edilən rejim üçün sonun başlanğıcı ola bilər. Amerikada bu məqsədlə yüzlərlə beyin mərkəzi işləyir. Elə Sinqapurdakı görüşün baş tutmasında və Kim Çen Inın hansı üsullarla yola gətirilməsində həmin beyin mərkəzlərinin payı az deyil. Onlar indi növbəti hədəflər üzərində işləyirlər".

Elmir Murad
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений