Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Politoloq: "...Rusiya və İran Azərbaycana qarşı müəyyən təzyiqləri davam etdirir"



“Xəzərin statusu ilə bağlı Moskvada Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin görüşü regional əməkdaşlıq baxımından, həmçinin dənizinin statusu ilə bağlı aparılan danışıqlarda irəlləyişə doğru atılan  addımdır”.

Cebhe.info xəbər verir ki, bunu AXCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə 5 ölkənin XİN rəhbərləri görüşdə ən aktual regional və beynəlxalq problemlər barədə fikir mübadiləsi aparacaqlar: “Bu iclasda Qazaxıstanda keçiriləcək V Xəzər sammitinə hazırlıq məsələsi geniş müzakirə olunacaq.

Qeyd edim ki, Xəzərin statusu ilə Azərbaycan Rusiya və Qazaxıstanla 1997-ci ildə razılaşıb. İran və Türkmənistan isə Xəzərdə daha çox paya sahib olmaq üçün əsassız olaraq Azərbaycanın ərazi sularına iddia irəli sürür. Bu üzdən Türkmənistan və İranla Xəzərin bölünməsi ilə bağlı son razılaşma əldə olunmayıb”.

Politoloq qeyd edib ki, son aylarda Azərbaycan Türkmənistanla bağlı ortaq mövqeyə gəlib, razılaşmaya yaxındırlar:

“Türkmənistan prezidentinin ölkəmizə səfəri çərçivəsində bu məsələr barədə müəyyən razılıq əldə olunub. Amma İranın mövqeyində yumuşalma olsada, hələ ki, razılığa gəlməyə tələsmir. İran Xəzərdə Azərbaycana qarşı təzyiq etmək üçün bu fürsəti əldən vermək istəmir. Xəzərlə bağlı Rusiya və İran Azərbaycana qarşı müəyyən təzyiqləri davam etdirir. Rusiya əsasən ekoloji amili ortaya ataraq Xəzərin dibi ilə çəkilməsi nəzərdə tutulan "Trans Xəzər" boru kəmərinin çəkilməsinə qarşıdır.

Hazırda Xəzərlə bağlı həll olunmamış problem əsasən Azərbaycanın geoiqtisadi lahiyələrinin Xəzərdə inkişafına qarşıdır”.

Alçina Amilqızı
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений