Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Politoloq: "Sarkisyan növbəti dəfə öz vətəndaşlarına qarşı silah işlədə bilər"



“Yerevan küçələrində nümayişlər növbəti dəfə silahlı qarçıdurmaya gətirə bilər”.

Cebhe.info xəbər verir ki, bunu AXCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə deyib. 

Onun sözlərinə görə Ermənistanda Serj Sarkisyanın növbəti dəfə hakimiyyətdə qalması planına qarşı Yerevan küçələrində rejim əleyhinə nümayişlərə səbəb oldu. Hazırda Yerevanın əsas prospekt və küçələrində əhali kütləvi olaraq oturaq etirazlar və yürüşlər təşkil edir:

“Sarkisyanın növbəti dəfə hakimiyyətdə qalmasına qarşı ümumi ölkə üzrə nümayişlərin keçirilməsinə çalışılır. Yerevanda nümayişlərə Vətəndaş Müqaviləsi Hərəkatı Partiyasının lideri Nikol Paşinyan rəhbərlik edir.

Aprelin 9-da prezidentlik postunu Armen Sarkisyana təhvil verən Serj Sarkisyan baş nazir kimi əsas səlahiyyətlərə malik olaraq hakimiyyəti növbəti dəfə zəbt edəcək. Xüsusi vurğulamaq lazımdır ki, Ermənistan əhalisi Serj Sarkisyanın 10 illik hakimiyyəti illərində xarici ölkələrə miqrasiya edib, ölkə iqtisadi defolta yuvarlanıb. Həmçinin, Qarabağ cəbhəsində itkilərə məruz qalır. Ümimiyyətlə, Sarkisyana qarşı nümayişlərin kökündə Qarabağ problemi dayanır. Çünki, erməni əhalisi öz çətinliklərini məhz Sarksiyanın Qarabağ münaqişəsini uzatmasında görürlər. Bunu açıq dilə gətirə bilməsələr də, öz etirazları ilə bunu ifadə edirlər. Çünki, münaqişə uzandıqca əhalinin sosial problemi dərinləşir, bir dövlət kimi Ermənistan Rusiyanın əyalətinə çevrilir. Hər gün cəbhədə erməni əsgərlərinin ölümü və orduda problemlər narazılığı pik həddə çatdırıb. Əhali başa düşür ki, yalnız Qarabağ münaqişəsi Sarkisyan klanın hakimiyətdə qalmasına xidmət edir”.

Politoloqun fikrincə, Ermənistanda Qarabağdan gələn ermənilərə qarşı nifrət və kin bəslənilir: 

“Çünki, bu günki Ermənistanın siyasi və iqtisadi deqredasiyasi, sosial problemlərin dərinləşməsi, Rusiyadan tam aslılığın artması, məhz Qarabağ müharibəsinin səhra komandirləri- Robert Koçaryan və Serj Sarkisyan tandeminin hakimiyyəti ələ almasından sonra baş verdi. Ona görə də xalq növbəti dəfə Serjin hakimiyyətdə qalmasına razı olmayacaq.  Bir neçə ay bundan əvvəl qeyd etmişdim ki, Serj Sarkisyanın növbəti dəfə hakimiyyətdə qalmasına çalışması, onun əleyhinə apreldə Yerevanda nümayişlərə səbəb olacaq. On il ərzində bütün regional lahiyələrdən təcrid olunan, İranla planlaşdırıldığı nəqliyyat və iqtisadi lahiyələrin kağız üzərində qalması, iqtisadi isalahatların aparılmaması üçün maliyyə bazasının olmaması, ölkənin bu illər ərzində heç bir uğura imza atmaması Sarksiyana etimad mühitini sıfıra endirdi”.

Politoloq əlavə edib ki, sabah parlamendə Serj Sarkisyanın baş nazirliyi səsə qoyulacaq. Parlamentdə çoxluq təşkil edən hakim Resbulikaçılar partiyası və Daşnaksütyun fraksiyası Serj Sarksiyanın baş nazir olmasına yaşıl işıq yandıracaq: 

“Sarkisyanın baş nazir olması şübhəsizdir. Sabahdan Yerevan küçələrində nümayişlərin intensiv şəkildə keçirilməsi qaçılmazdır. Sarkisyan növbəti dəfə öz vətəndaşlarına qarşı silah işlədə bilər. Çünki, ilk dəfə prezident seçiləndə 8 nümayişçini güllələtdirib.

Göründüyü kimi, erməni xalqının bu günki rejimə qarşı dərin nifrəti var. Sarkisyanın növbəti dəfə hakimiyyətdə qalma çətinlikləri yaranacaq. Baxmayaraq ki, Rusiya çalışacaq ki, vəziyyət nəzarətdən çıxmasın. Sabahdan başlayaraq Ermənistanı növbəti illər üçün ağır siyasi-iqtisadi çətinliklər gözləyir”.

Alçina Amilqızı
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений