Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Politoloqdan Putinlə Əliyevin söhbətinə ŞƏRH



Rusiya prezidenti Vladimir Putin Ilham Əliyevlə görüşdən bir gün sonra Moskvada Ermənistanın baş naziri Nikol Paşinyanı qəbul etdi. O da digər dövlət başçıları kimi futbol üzrə dünya çempionatının açılış mərasiminə gəlib.

Cebhe.info xəbər verir ki, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu məsələni şərh edərək belə deyib: 

“Putin dünən Azərbaycan prezidenti ilə görüşdə belə bir cümlə işlətmişdi: “İqtisadi əlaqələrimiz yüksək templə inkişaf edir. Siyasi məsələlərə gəlincə, burada da vəziyyət sabitdir”. Yəni “problem yoxdur” demək istəyib.

Putin Ermənistanla da iqtisadi əlaqələrin artım tempindən məmnundur. Kreml sahibi Paşinyanla görüşdə də diqqəti cəlb edən cümlə işlədib: “Münasibətlərimizin strateji xarakterini və əməkdaşlığımızın müxtəlif istiqamətlərini nəzərə alaraq görüşlərimizə hər zaman ehtiyac var”.

Bu cümləni belə də oxumaq olar: “Birincisi, Rusiyadan asılı olduğunuzu unutmayın. İkincisi, tez-tez görüşməliyik ki, sizin atacağınız addımlardan əvvəlcədən xəbər tutum”. Başqa sözlə Ermənistanda hakimiyyətdə kim olursa-olsun, Kreml İrəvan üzərindəki nəzarətini azaltmayacaq”.

Alçina Amilqızı
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений