Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Politoloqdan TƏKLİF: “NATO-nun Azərbaycanda hərbi bazasının yaradılmasının vaxtı çatıb”



“Azərbaycan və NATO arasında nəzəri əlaqələr yüksək səviyyədədir. Azərbaycanın alyansın Əfqanıstanda keçirdiyi hərbi əməliyyatlara logistik dəstəyi bu əlaqələrin inkişafına təkan verdi”.

Cebhe.info-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə belə deyib. Politoloq qeyd edib ki, dünyada və regionda cərəyan edən gərgin siyasi prosesləri nəzərə alaraq, NATO ilə hərbi əməkdaşlığı daha da gücləndirməlidir: 

“Bir sıra məqamlarda ölkəmiz Rusiya amilini nəzərə alıb NATO-ya yaxınlaşmada məsafəli davranıb. Artıq bu amili arxa plana keçirmək, Qarabağ münaqişəsinin həllində dinamikliyi artırmaq üçün alyansın dəstəyindən istifadə etmək lazımdır. Hazırda Rusiya və NATO arasında “soyuq müharibə” gedir. Bu özünü Şərqi Avropa ilə yanaşı, Cənubi Qafqazda da göstərir. Azərbaycan isə Rusiya amilinə görə NATO-ya yaxınlaşa bilmir. Rusiya səddini aşıb alyansa yaxınlaşmağın vaxtıdır. NATO-nun Bakıda təlim kursunun açılması münasibətlərin inkişafına təkan verə bilər. Alyans komandanlığı çalışır ki, ölkəmizlə hərbi əlaqələri yüksək səviyyədə saxlasın və Rusiyanın regiona təsirlərini azaltsın. Hesab edirəm ki, Azərbaycanda NATO-nun hərbi bazasının yaradılması üçün danışıqlara başlanılmalıdır. Hesab edirəm ki, alyans rəsmi Bakının bu təklifini müsbət dəyərləndirə bilər”.

M.Əsədullazadə vurğulayıb ki, Rusiyanın buna sərt reaksiya verəcəyi gözləniləndir: 

“Lakin Azərbaycan bundan istifadə edib Rusiya qarşısında öz şərtlərini irəli sürməlidir. İlk növbədə, Rusiyanı Ermənistana təzyiqə məcbur edib, torpaqlarımızı işğaldan azad etmək olar. Digər yandan, Qarabağ probleminin həllindən sonra Rusiya hərbi qüvvələrinin bu bölgədə yerləşdirilməsi məsələsini gündəlikdən çıxarmaq lazımdır. Bunun müqabilində qapıları NATO-nun üzünə açmaq üçün şərait yaratmaq mümkündür. Lakin Rusiyanın geri çəkiləcəyi inandırıcı gəlmir. Hesab edirəm ki, Azərbaycan NATO-ya bir qədər də yaxınlaşsa, Rusiya münaqişəni qızışdıracaq. Amma müharibənin başlaması Azərbaycanın qələbəsi deməkdir”.

Mənsur Rəğbətoğlu
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений