Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Portağal 50% bahalaşdı



Qəribə də olsa, Bakıda portağalın qiyməti 50%-dən çox qalxıb. Bir müddət əvvəl 2,5 manata satılan sitrus meyvəsinin kiloqramı hazırda 4 manat 50 qəpiyədir.

Virtualaz.org xəbər verir ki, bazarda olan bu qiymətləri mövsümi hal adlandıranlar da var. Belə ki, yay aylarında digır meyvələr bol olduğundan, sirtus meyvələri az miqdarda idxal edlir və bu da qiymətə təsir edir. Digər mütəxəssislər isə portağalın əsasən idxal edildiyi Misir, Mərakeş və Türkiyədə məhsul qıtlığını, oranın özündə də qiymətlərin qalxdığını bildirirlər.

Əməkdaşımızın məlumatına görə, hazırda bu ölkələrdə portağalın 1 kiloqramının qiyməti 0,5 dollarla 1 dollar arasında dəyişir. Yəni bütün xərclər nəzərə alınmaqla, Bakıda portağal 2,5 manatdan baha ola bilməz.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hseynov isə qeyd edib ki, Azərbaycanda istehlak bazarında hal-hazırda qiymət xaosu hökm sürür və kim hansı malı hansı qiymətə satmaq istəyirsə, o qiymətə də satır. Mütəxəssisin fikrincə, burada inhisarçılıq da öz sözünü deyir – bazara başqa iştirakçılar buraxılmır.

Qarşıdan Yeni il gəlir və ənənəvi olaraq, azərbaycanlıların süfrəsində portağal, naringi və digər sitrus meyvələri olacaq. Ümid edək ki, qiymətlər aşağı enəcək və bu ənənə pozulmayacaq.








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений