Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Prezident Arda Turanın nikah şahidi oldu - FOTOLAR



Tanınmış futbolçu, “Medipol Başakşehir” klubunun və Türkiyə milli komandasının üzvü Arda Turan dünən evlənib.

Cebhe.info Türkiyə mediasına istinadən xəbər verir ki, Turan  nişanlısı Aslıhan Doğanla nikah masasına əyləşib. Onlar iki il idi ki, nişanlı idilər.

Beykoz Çubukludakı Vadi Konaklarında baş tutan nikah mərasimində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan da iştirak edib. Prezident Arda Turanın nikah şahidi olub.

Qeyd edək ki, Arda Turan türk ordusunun Afrin əməliyyatları ilə əlaqədar dəbdəbəli toy etməyəcəyini bildirmişdi.

Aydın
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений