Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Prezidenti istefaya sürükləyirlər - “MÜHASİRƏ"



ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FBI) Rusiya prezidenti Vladimir Putinə yaxın bir rusiyalı bankirin Amerikanın Milli Atıcılıq Assosiasiyası (NRA) vasitəsilə ABŞ başçısı Donald Trampın seçki kampaniyasına böyük pullar köçürməsi barədə iddiaları araşdırır.

“Cümhuriyət” qəzeti xəbər verir ki, bu iddia ilə İngiltərədə nəşr olunan “The Guardian” qəzeti çıxış edib.ABŞ qanunlarına görə, siyasi kampaniyalara xaricdən donorluq qadağandır.NRA Trampın prezidentlik kampaniyasına 2016-cı ildə 30 milyon dollar ödəyib.Seçki kampaniyasının maliyyələşdirilməsinin təhlili göstərib ki, bu təşkilat Trampın kampaniyasına ən çox pul xərcləyən qurum olub. Qeyd edilir ki, NRA 2012-ci ildə Mitt Romninin kampaniyasına bundan iki dəfə az pul köçürmüşdü. Media qurumları ötən aylar ərzində NRA liderlərinin Rusiya ilə əlaqələrini izləyiblər.Məlumata görə NRA 2015-ci ildə Moskvaya nümayəndə heyəti göndərib və bu nümayəndələr Vladimir Putinin nüfuzlu müttəfiqləri ilə də görüşlərdə olublar.Xüsusi prokuror Robert Müller-in apardığı təhqiqat və araşdırdığı materiallar məxfi olduğuna görə bir çox hallarda adlar ümumiyyətlə çəkilmir.“The Guardian” yazır ki, bu xəbərlərlə əlaqədar NRA-dən açıqlama almaq mümkün olmayıb.Müllerin sözçüsü də şərh verməkdən imtina edib.

Trampın Putinlə görüşmək üçün ilk cəhdi

“New York Times” qəzeti isə iddia edir ki, Tramp 2016-cı ilin mayında Putinlə görüşməyə cəhd edib.Qəzet yazır ki, bu görüşün baş tutmasına Trampın kürəkəni Cared Kuşnerin müdaxiləsi mane olub. Lakin həmin ayda  Tramp və onun böyük oğlu NRA-in Luisvildə keçirilən illik toplantısına qatılıblar. Bu toplantıda Tramp çıxış edib və NRA onun namizədliyini qəbul etdiyini bildirib.“Everytown for Gun Safety” adlı silahlara nəzarət kampaniya qrupu NRA-dən Rusiya ilə bütün əlaqələrini açıqlamasını tələb edib.

Amerika prezidenti “mühasirədə”

Hakimiyyətinin ilk 1 ilində Donald Trampın başını ağrıdan əsas məsələ şübhəsiz ki, Rusiyanın kiber hücumu ilə prezident seçilməsi ilə bağlı irəli sürülən ittihamlardır.Bununla bağlı seçkilərdən qısa müddət sonra təyin edilmiş xüsusi prokuror tərəfindən istintaq aparılır.Artıq demək olar ki, ABŞ-ın bütün hüquq mühafizə orqanları və siyasi institutları Trampın Putinlə gizli əlaqələrini sübut etmək üçün hərəkətə keçib.Seçki kampaniyasında ona dəstək olmuş Pentaqon da bu ittihamlar qarşısında geri çəkilərək istintaqın gedişatını sürətləndirmək qərarı verib.Hər tərəfdən ittihamlar ətrafında olan Amerika prezidentinin vəziyyətdən hansı formada çıxacağı barədə heç bir fikir yoxdur.Amerika KİV-lər ittihamlardan yayınmaq imkanları məhdud olan Trampın könüllü istefaya gedəcəyini iddia edirlər.Trampın özünün şəxsən Rusiya ilə gizli əlaqələr saxladığına dair konkret detallar olmasa da artıq ona yaxın adamların Kremllə işbirliyində olmaları sübut edilib.İstintaqın Amerika prezidentinin Putinlə əlaqələrini isbat edib Ağ Evin narahatlığını pik həddə çatdıranadək davam edəcəyinə şübhə yoxdur.

İstintaqın gedişində dönüş

Amerika KİV-ləri artıq xüsusi prokuror tərəfindən Trampın Putinlə gizli əlaqə saxlamasına dair faktı əldə etdiyini iddia edirlər.“Vaşinqton Post” qəzeti yazır ki, istintaq Robert Müller tərəfindən aparılır və bir neçə gün əvvəl prezidentdən ilk ifadə alınıb.Qəzetin iddiasına görə Donald Tramp əvvəlcə ifadə verməkdən imtina etsə də bununla üzərindəki şübhəni artıracağından ehtiyat edərək xüsusi prokurorun bu tələbini yerinə yetirib.Trampın vəkili Mark Kasovit bu iddianı təkzib etsə də mənbə bununla bağlı Ağ Evdəki diplomatik mənbələrdən etibarlı informasiya əldə etdiyini yazır.Məlumat təsdiqlənəcəyi halda, bunun istintaqın gedişində dönüş yaradacağına şübhə yoxdur.

Mənsur Rəğbətoğlu

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений