Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Prezidentin komandasında casus: Kəşfiyyat göndərib, nazirlik axtarır 



ABŞ Federal Təhqiqatlar Bürosunun seçkilərə müdaxilə ehtimalı var. Artıq prezident Donald Tramp bu məsələnin araşdırılması üşün Ədliyyə Nazirliyinə tapşırıq verib.

Cebhe.info xarici mətbuata istinadən bildirir ki, Trampın komandasında qurumun informatorunun olduğu deyilir ki, bu şəxsin də Kembric Universitetinin professoru olması şübhəsi var.

Onun adı qalmaqallı hadisələrdə çəkilib, xüsusilə də Amerika kəşfiyyat orqanları ilə bağlı bəzi məsələlərdə professorun adı hallanıb. Artıq prezident nazirlikdən bununla bağlı məsələyə birdəfəlik aydınlıq gətirilməsini tələb edib. Bu barədə prezident hətta sosial şəbəkə hesabında da yazıb. 

Amerika mətbuatının araşdırmasına görə, Trampın qərargahında FTB əməkdaşının olması mümkündür. O, Rusiya ilə mümkün əlaqələri araşdırıb. 

Artıq Ədliyyə Nazirliyi Trampın bəyanatından narahatlığını bildirib. Baş prokurorun müavini (o, həm də nazirliyin rəhbəridir-müəllif) Rod Rozenştayn seçki kampaniyasının izlənildiyi təqdirdə bu barədə tədbir görməli olduqlarını deyib. 

Məsələ burasındadır ki, FTB-nün səlahiyyətləri Konstitusiya ilə məhdudlaşdırılır. Belə ki, bu qurumun əməkdaşları məhkəmə orderi olmadan vətəndaşları izləyə bilməz. 

Xəzər
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений