Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Prezidentin tapşırığına kimlər əməl edir? - SORĞU



Prezident İlham Əliyev dəfələrlə təşkil olunan görüşlərdə bildirmişdir ki, dövlət qurumları yerli avadanlıqlar almağa üstünlük verməlidir. Hətta, bir neçə il öncə “NazLifan” markalı avtomobillər istehsal edilərək müxtəlif nazirliklərə verildi.

Artıq qonşu Rusiyada da dövlət idarələri tərəfindən xarici mebellərin alınması qadağan edilib.

Maraqlıdır, Azərbaycanda bu istiqamətdə vəziyyət necədir?

Cebhe.info vəziyyəti öyrənmək üçün sorğu təşkil edib.

Səhiyyə Nazirliyindən bildirilib ki, avadanlıqların əksəriyyəti yerlidir. Mebellər yerli firmalara məxsusdur. 

Azərbaycan Respublikasının Statistika Komitəsindən bildirilib ki, son illər yerli mallara daha çox üstünlük verilib. Xüsusən də Mebellər “Embawood” şirkətinə məxsusdur. Bildirilib ki, hansı avadanlıq ölkəmizdə istehsal edilir, onu alırlar. Ölkəmizdə istehsal edilməyən avadanlıqlar isə xaricdən alınır.

Bakı Dövlət Universitetindən də bildirilib ki, istifadə olunan avadanlıqların əksəriyyəti yerlidir. 

Təhsil Nazirliyindən isə bildirilib ki, Modul tipli məktəblərdə yalnız yerli avadanlıqlardan istifadə edilir. Digər təhsil müəssələrində isə yerli, yaxud da daxil bazara məxsus avadanlıqların istifadə olunması haqda məlumat almaq üçün sorğu göndərməyimiz tövsiyə edildi. 

Azərbaycan Texniki Universitetindən isə bildirilib ki, milli iqtisadiyyatın inkişafı naminə ölkəmizdə istehsalı olan bütün avadanlıqlar yerli bazardan alınır. Universitetdən bildirilib ki, pulun yerli bazarda cəmləşməsində maraqlıdırlar. Lakin yerli istehsal olmayan avadanlıqlar isə xaricdən gətirilir. 

Qeyd edək ki, apardığımız kiçik sorğunun nəticələrindən bu qənaətə gəlmək olar ki, dövlət müəssəslərində bütün mebellər yerli bazara məxsusdur. Lakin xarici bazara məxsus avadanlıqları sadalamaqda nazirlik rəsmiləri çətinlik çəkdi. Bu məsələnin araşdırılması zaman tələb edir.

Nigar Məhərrəm
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений