Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Prezidentliyə namizəddən dindarlara “İncə jest”



Cümhuriyyət Xalq Partiyasının (CHP) prezidentliyə namizədi Muharrem İncənin seçki ərəfəsində çəkdirdiyi və cümhuriyyətçilərin tirajladığı fotolar birmənalı qarşılanmayıb.

Belə ki, dini kəsimin səsini almaq üçün çəkilən fotolar etirazlara səbəb olub.

Politoloq Əhəd Məmmədli hesab edir ki, CHP-nin bu addımı onlara kömək etməyəcək.

Cebhe.info xəbər verir ki, Ə.Məmmədli 24 iyunda bütün suallara aydınlıq gələcək:

“Bu fotolar  əslində "Milli görüşün" "Yeni Osmanlı” xəttinin Türkiyədə təntənəsindən xəbər verir. 10 il bundan əvvəl bu münafiqlər, riyakarlar, xainlər belə bir şəkil çəkdirməyi özlərinə rəva bilərdilərmi ?! Əsla bilməzdilər..! Amma indi  buna  məcburdurlar. Lakin əbəs yerə çalışırlar. Bu cür şəkillərdə onları xilas edən deyil. "Milli görüş", "Yeni Osmanlı” xətti Türkiyənin bu günü və gələcəyidir. Belələri isə Türkiyənin keçmişidir. 24 iyun bir daha kimin keçmiş, kimin gələcək olduğunu göstərəcək. CHP-nin “xərclədiyi”,  Kamal Kılıçdaroğlunun "torpedo" kimi irəli verdiyi İncə üçün bəzi ziyalılarımızın “ikinci tura keçəcək” və “sonda qalib gələcək”  proqnozlarına təəccüb edirəm”.

Vilayət Muxtar
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений