Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Psixoloqdan zəlzələ xəbərdarlığı: “Ehtiyatlı olun” 



“Hər bir təbiət hadisəsi kimi zəlzələ də insanların psixologiyasında iz buraxır. Xüsusilə, KİV-lərdəki informasiya bolluğu, şişirdilmiş xəbərlər bu izləri daha da dərinləşdirir”.

Cebhe.info-ya açıqlamasında psixoloq Fərqanə Mehmanqızı belə deyib.

Psixoloq qeyd edib ki, arxası kəsilməyən fəlakət xəbərlərinin sürətlə tirajlanması, sosial şəbəkələr və internet saytlarında yayılan və fəlakəti çılpaqlığıyla özündə əks etdirən fotoşəkillər psixologiyası zəif olan insanların səhhətlərində ciddi fəsadlara yol açır: “Bu da nəticədə insanları “panik atak" adlanan gərgin psixoloji hala salır. Bəs, panik atak nədir? Bu, insanı istənilən an stress altında saxlayan – nəfəssiz qalmaq, infarkt keçirmək və ölüm qorxuları ilə həyəcanlandıran xəstəlikdir. Həmişə zəzələ kimi dağıdıcı təbiət hadisələrindən sonra insanlar arasında sürətlə yayılan ölüm qorxusu fobiyası öz birincliyini qoruyur. Xüsusilə, tektonik cəhətdən fəal bölgələrdə yaşayan insanlar belə hadisələrə qarşı daha həssas olur və qorxuyla yanaşırlar. Əlbəttə, bu da onların səhhətlərinə təsirsiz ötüşmür. Həmişə stresslə mübarizə həm fiziki, həm də zehni olaraq insanları yorur, nəticədə bu, sonda somatik depressiyaya gətirib çıxarır”. 

Fərqanə Mehmanqızı qeyd edib ki, belə halların qarşısını almaq üçün dünya təcrübəsinə əsaslanaraq Azərbaycanda da maarifləndirmə işi aparılmalıdır: “Əhalinin bu həssaslığı nəzərə alınmalı, zəlzələlər haqqında maarifləndirici seminarlar təşkil edilməlidir. Ümumiyyətlə, zəlzələ vaxtı qorxu hissinə qapılmamaq və məntiqlə hərəkət etmək lazımdır. Özünə və yaxında olan insanlara kömək edə biləcək vəziyyəti qoruyub saxlamaq ilk şərtdir. Bunlarla insanları gərginlikdən xilas etmək mümkündür. Bu travmalar insanların həyatlarını “zəhərləyir”. Buna görə də maarifləndirmə işləri təxirəsalınmaz tədbirlər planı kimi önə çıxarılmalıdır”. 

Mənsur Rəğbətoğlu 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений