Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

"Pul Marsda yerləşdirilmir ki?" - İqtisadçı



Xəbər verdiyimiz kimi, bundan sonra bankdan kredit götürən müştəri dünyasını dəyişdiyi zaman onun borcunu zamin olduğu şəxs ödəməli olacaq. Əvvəllər qeyri-qanuni formada banklar bu formatı tətbiq etsə də, indi bu artıq rəsmən qanuni formada həyata keçiriləcək. Artıq bununla bağlı Konstutsiya Məhkəməsinin qərarı qüvvəyə minib.

Məsələ burasındadır ki, müştəri bankdan kredit götürən zaman məbləğ siğortalanır. Ən qəribəsi isə odur ki, məbləğ siğorta şirkətinin yox, müştərinin öz vəsaiti hesabına siğortalanır. Amma buna baxmayaraq müştərinin dünyasını dəyişdiyi zaman və ya krediti ödəyə bilmədiyi halda siğorta şirkətləri gözə dəymir. Problemli kreditlərlə bağlı keçirilən iclaslarda belə siğorta şirkətlərinin nümayəndəsini zala gətirmək mümkün olmur. Bir sözlə belə məqamlarda siğorta şirkətləri müşətinin götürdüyü krediti birbaşa olmasa da dolayı yollarla ödəməkdən boyun qaçırır.

Sözügedən məsələni Cebhe.info-ya şərh edən iqtisadçı Fuad İbrahimov bildirdi ki, dünya praktikasında belə bir qarışıqlıq yoxdur.

Onun sözlərinə görə, Azərbaycanda bank sektorundakı balaca bir gəlirlər çoxsaylı, çox formalı şəkildə bir mürəkkəblik yaradır. Ekspert hesab edir ki, bir müddət əvvəl Konstutsiya Məhkəməsinin bank sektorunun kredit sisteminin tənzimlənməsi ilə bağlı verdiyi qərar yalnış idi: 

"Bu məsələni məhkəmə müstəvisinə çıxartmaq özü böyük səhvdir. Çünki maliyyə sektorunun bir mənalı məqsədi o olmalıdır ki, bu məsələ məhkımə müstəvisində həll olunmasın. Bankın yaşamı təmin edən əmsalı onun aktivlərinin sağlam şəkildə yerləşdirilməsidir. Yəni ki, söhbət pul ehtiyyatının banklarda kredit formasında, qiymətli kağız formasında yerləşdirməkdən gedir. Pul marsda yerləşdirilmir ki?!. Banklar insanlarla, sahibkarlarla, fiziki şəxslərlə ünsiyyətə girməlidir. Yəni ki, görün kreditləşmə siyasəti hansı mərhələyə gəlib çıxıb ki, götürülən kreditlər mütləq siğortalanır. Bu mürrəkkəbləşmə, qorxutmaq sistemi məhvə aparır".

Azərbaycanda "ASAN" Xidmət kimi rahat sisteminin qurulduğunu deyən F.İbrahimov hesb edir ki, bank sektorunda da bu cür şəffaflıq yaratmaq olar:

"Azərbaycanda elə bir vətəndaş yoxdur ki, "ASAN" xidmətin keyfiyyətindən yararlanmasın. Demək biz bu işi qurduğumuz kimi maliyyə kredit sistemimizi də yaratmalıyıq. Bir vaxtlar belə bir sistem qurulmuşdu. Manatın da sabitlik vaxtında işləyirdi. Ancaq çirkablıq var idi. Vaxtında bunu araşdırmadılar. Kimə gəldi, necə gəldi kütləvir formada kreditlər verildi və nəhayət ki, devalvasiya nəticəsində sistemin çökməsini müşahidə etdik. Amma bu vəziyyətdən çıxmaqdan ötrü belə sərtləşdirici işlərlə, qərarlarla bunu tamamilə aparıb dirəcəyik tupikə. O, ki, qaldı bizim siğorta şirkətlərinin məsələyə bu münasibəti ondan irəli gəlir ki, haçansa tədbirlər planı qurulub və plana uyğun şirkətlər xidmət formasında ora salınır, amma icra mexanimzi yoxdur. Bu günləri icra mexanizminin olmamamsı hazırki  vəziyyətət gətirib çıxarıb". 

Elmir Murad
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений