Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Putin SAVAŞ ANONSU verdi



Rusiyanın təcrid edilməsi müharibə ehtimallarını artırır

Rusiya prezidenti Vladimir Putin keçən il Polşa və Rumıniyada quraşdırılmış ABŞ-ın anti-raket sistemi haqqında danışıb. “Cümhuriyət” qəzeti xəbər verir ki, Putin dolayı yolla bu sistemlərin Rusiyaya qarşı çevrildiyini bildirib.“Keçən il sistemləri quraşdıranda dedilər ki, bu, İranı yox, məhz Rusiya və Çini hədəfə alıb.Bu işin axırı necə olacaqDüzü, bilmirəm.Bildiyim yalnız odur ki, biz özümüzü müdafiə etmək zorundayıq”.

Müharibə hazırlıqları

Mütəxəssislər Putinin mesajını Şərqi Avropa və Suriyada iki nüvə gücü - Rusiya və ABŞ arasında artan gərginlikdən qaynaqlandığını istisna etmirlər. Donald Tramp dönəmi ABŞ - Rusiya gərginliyinin istinad nöqtəsi şübhəsiz ki, amerikan silahlı qüvvələrinin Suriyada Bəşər Əsəd rejiminin “Əl-Şəyrat” hərbi hava bazasını bombardman etməsi oldu. Amerikanın hücumundan sonra Rusiya xarici işlər naziri Sergey Lavrovdan verilən ilk açıqlama belə idi ki, ABŞ 2003-cü ildə İraqı işğal ssenarisini Suriyada təkrarlamağa başlayıb. Lavrov ölkəsinə qarşı aqressiv olan Amerikanın hərəkətlərinin Rusiya - ABŞ münasibətlərinə zərbə vurmayacağına ümid etdiyini dedi. Kremlin qənaətinə görə, ABŞ İdlib hücumunu əvvəldən planlaşdırmışdı və bu, Rusiyaya qarşı açıq savaş elanıdır. Rusiya KİV-ləri Suriya ilə yanaşı, Şərqi Avropada hərbi manevlərinin sayını artıran Amerikanın federasiyaya qarşı hərbi plan üzərində işlədiyini iddia edirlər. Münasibətlərin gərgin həddə olduğunu nəzərə alan Çin tərəflərə xəbərdarlıq edib. Çin xarici işlər nazirliyinin sözçüsü Hu Çunyinq problemlərin həll yolunun diplomatik danışıqlardan keçdiyini və açıq qarşıdurmanın dünyaya zərər verəcəyini, burada qalib və məğlubun olmayacağını deyib.NATO, Almaniya və Fransadan isə ABŞ-a dəstək gəlib.NATO-dan verilən açıqlamaya görə, alyans istənilən halda dünyada sabitliyi pozanlara qarşı alternativ addımları dəstəkləyir.Analitiklər İdlib hadisəsindən sonra ABŞ və Rusiya arasında başlamış informasiya müharibəsinin nüvə savaşına yol açacaq qorxulu qarşıdurmaya hazırlıq olduğunu bildirirlər. Ehtimal olunur ki, aradakı problemləri diplomatik masada həll edə bilməyən tərəflər mövqelərini poliqonda aydınlaşdırmaq barədə düşünməyə başlayıblar.

Gizli plan müzakirələri

Amerikanın hərbi-siyasi dairələri və nüfuzlu generalları da ABŞ və Rusiya arasında müharibə ehtimalının hər dəqiqə yüksəldiyini deyirlər.ABŞ KİV-lərinin iddialarına görə, indiki halda Tramp administrasiyası xarici siyasətdə Çin, Şimali Koreya və İran üzərində fokuslansa da alt qatda - pərdəarxasında əsasən, Rusiya ilə bağlı planlar müzakirə edilir.Suriya və Ukrayna böhranlarında bir-birilərini itələyən mövqedə dayanan ABŞ və Rusiyanın meydana öz maraqları ilə çıxmaları da savaş riskini artıran əsas amildir. Rusiya KİV-ləri isə münasibətlərin yeni dönəmə keçdiyi vaxt ABŞ-ın müharibə hazırlıqlarına çoxdan start verdiyini iddia edirlər.

“Risk indiki kimi yüksək olmayıb”

Amerikalı politoloq Barri Qreyin iddiasına görə, “soyuq müharibə”dən sonra ABŞ və Rusiya arasında müharibə riski indiki kimi yüksək olmayıb. Qrey tərəflər arasında savaş meydanının Suriya olacağını deyir “İdlib hücumundan sonra Tramp administrasiyası Bəşər Əsədə dəstəyi dayandırması üçün Rusiyanı təhdid etməyə başlayıb. “G 7” dövlətlərinin son toplantısında ABŞ və müttəfiqləri Əsədi devirmək qərarını verdilər. Rusiya isə buna Əsədə verdiyi dəstəyi artırmaqla cavab verdi. Kreml eyni zamanda ABŞ-a Suriyaya əlavə olaraq “S 300” və “S 400” raketləri göndərəcəyi mesajını verdi. Digər yandan raketlərlə zəngin gəmisini Şərqi Aralıq dənizinə yönəltdi.

Sosioloqlar “həyəcan təbili” çalırlar

Amerikanın “Conversation, 7” təşkilatı 2013-cü ildən sonra ilk dəfə ABŞ və Rusiya arasında müharibə ehtimalının kəskin formada artdığını diqqətə çatdırıb.Mənbə qeyd edir ki, Bəşər Əsədi devirməyi prioritet elan edən Tramp administrasiyası bu planı Rusiya ilə müharibəyə səbəb olacağı halda belə həyata keçirməyə hazırlaşır.“Russia Beyond the Headlines”in yayımladığı materialda da artıq müharibə ssenarisinin masada olduğuna diqqət çəkilir

“Gec, ya tez bu savaş baş verəcək. Amerikanın qarşılıqlı meydan oxumaq məntiqi Rusiyanın silaha əl atmasına səbəb olacaq.Belə bir müharibədə nüvə silahlarının yer alacağına isə heç kəsin şübhəsi olmamalıdır”.

Amerikanın tanınmış sosioloqu Stiven Star ABŞ və Rusiya arasında nüvə savaşının başlayar-başlamaz bir saat içində on milyonlarla insanın öləcəyini iddia edib. Star bunun dünya üçün qorxulu başlanğıcın olacağı fikrini müdafiə edir

“Hər iki ölkə bir saat ərzində partlada biləcəyi 3500 döyüşə hazır vəziyyətdə olan strateji nüvə silahlarına sahibdir. Eyni zamanda ehtiyatda 4600 nüvə silahı var. Bu silahların təsir gücünü nəzərə alsaq, müharibənin başlanğıcında hər iki ölkədəki iri şəhərlərin və paytaxtların vurulacağı qaçılmaz olacaq. Birinci saatda ABŞ və Rusiyanın 30%-i məhv ola bilər. Bir neçə həftə sonra isə radioaktiv şüalanma məhvolma prosesini 50%-ə çatdıracaq. Çox güman ki, bu savaş bir neçə il ərzində dünya əhalisinin aclıqdan ölməsinə yol açacaq. Təsəvvür edin ki, Amerikada 60-dan çox nüvə stansiyası var, bunlar eyni anda partlasa nə baş verə bilər”.

Kremlin planı

Amerika KİV-lərinin iddialarına görə, Rusiya müharibə vəziyyətində ilk saatda ABŞ-ın Nyu-York, Boston, Filadelfiya, Detroyd, Los-Anceles və San-Fransiskonu vurmağa çalışacaq. Həmin bölgəyə atılacaq nüvə bombaları burada yaşayan insanları yox edə bilər.Amerikalı mənbələr ehtimal edirlər ki, Rusiyanın təcrid edilməsi və Qərb dövlətləri tərəfindən Putinin “şeytanlaşdırılması” müharibə ehtimallarını artırır.Bu baxımdan nüfuzlu amerikalı analitiklər nüvə silahına ilk əl atan tərəfin Rusiya olacağına inanırlar.

Mənsur
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений