Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Putin yığmanın oyunundan razı qalıb: “Meydanda can qoydular, əhsən”



Futbol üzrə dünya çempionatına ev sahibi kimi qatılan Rusiya yığması ¼ final mərhələsində Xorvatiya seçməsinə məğlub olaraq mudialı tərk edib.

Bununla belə ölkə rəhbərliyi komandanın oyunundan razı qalıb.

Cebhe.info Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib. Peskov deyib ki, Vladimir Putinin komandanın oyunundan məmnun qalıb: “Oyuna baxdı, komandamıza azarkeşlik etdi. Hesab edir ki, futbolçularımız qəhrəmanlıq etdi. Onlar meydanda can qoydular. Gözəl oyun göstərdilər, əhsən!”

Qeyd edək ki, Rusiya-Xorvatiya oyununun əsas vaxtı 1-1 hesabı ilə başa çatıb. Əlavə vaxtda komandalar hərəyə bir qol vurublar. Lakin penaltilər seriyasında xorvatlar ruslardan üstün olub.

Aydın
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений