Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Putindən ərzaq embarqosu: CAVAB TƏDBİRİ



Rusiya prezidenti  Vladimir Putin bir sıra ölkələrə ərzaq  məhsulları qadağalarının  tətbiq edilməsi barədə fərman imzalayıb. 

Cebhe.info-nun məlumatına görə, embarqolar əsasən Rusiya əleyhinə sanksiyalar qəbul etmiş  ölkələrə şamil olunacaq. 

Sənəd  2019-c il yanvarın 1-dən  dekabrın 31-ə qədər olan müddəti əhatə edəcək. "Rusiya Federasiyasının təhlükəsizliyini təmin etmək üçün müəyyən xüsusi iqtisadi tədbirlərin tətbiqi haqqında" Rusiya prezidentinin  fərmanı 2014-cü il 6 avqust tarixli 560 nömrəli,  2015-ci il 24 iyun tarixli 320 saylı, 2016-cı il 305 saylı və 2017-ci il 293 saylı sərəncamları  əsas tutaraq təsdiq edilib. 

Qeyd edək ki, 2014-cü ildə Moskva  Rusiya əleyhinə sanksiyaları dəstəkləyən ölkələrdən mal və məhsulların idxalına qadağa qoymuşdu. Həmin siyahıya ABŞ, Kanada,Avstraliya, Norveç, Albaniya, Monte-Neqro, İslandiya və Lixtenşteyn daxil edilmişdi. 

2016-cı il yanvarın 1-də Moskva Ukraynaya da ərzaq  embarqosu  tətbiq etdi.  2017-ci ilin iyul ayında Rusiya hakimiyyət orqanları ərzaq embarqolarının əvvəlki mətnini 2018-ci ilin sonuna qədər genişləndirdilər. 

Müşfiq Abdulla 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений