Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Putindən sonra növbə müxalifətdə: Navalnı ölkəni dəyişmək fikrindədir



Rusiya müxalifətinin liderlərindən biri, Korrupsiya ilə Mübarizə Fondunun rəhbəri Aleksey Navalnı 2018-ci ilin mart ayında keçiriləcək prezident seçkilərinə hazırlığa başlayıb. Seçkiqabağı ölkədaxilıi turneyə çıxan A.Navalnı dekabr ayına qədər 50 şəhərdə seçicilərlə görüşməyi nəzərdə tutub. Bu barədə A.Navalnının federal qərargahının rəhbəri Leonid Volkov məlumat verib. İlk mitinq Murmanskda keçirilib. Volkovun açıqlamasına görə, aksiyada 3000 nəfər iştirak edib. 

Yekaterinburqdakı mitinqə 8000, sentyabrın 17-də Omskdakı aksiyaya isə 6000-ə yaxın insan qatılıb. Murmanskın hüquq-mühafizə orqanları isə mitinqdə 500 nəfərin iştirak etdiyini iddia edir. Eləcə də Yekaterinburq şəhər polisi mitinqə 1400, Omsk Daxili İşlər İdarəsi 800 nəfərin gəldiyini bildirir. Həmin gün Yekaterinburqda Navalnı ilə bərabər səhmdarların mitinqi keçrilib və qubernator Yevgeni Kuyvaşevin orada çıxış edib. Omskda isə həmkarlar ittifaqının yüksək əməkhaqqı və səhmdarların hüquqlarının müdafiəsi ilə bağlı yığıncağı baş tutub. “Prezidentliyə namizəd ölkəni gəzir, seçicilərlərlə görüşür, biz düzgün siyasi iş göstəririk. Qəribədir ki, bunu başqa heç kim edə bilmir. Qərargaha gələnlərin sayı mitinq iştirakçılarının sayının şişirdilmədiyini göstərir”-Volkov belə deyib. 

“Azadlıq” radiosunun Moskva bürosu hər üç şəhərdə on minlərlə insanın mitinqə qatıldığını xəbər verir. Qərargahın rəhbəri əlavə edb ki, Navalnı bu həftə Novosibirsk, Xabarovsk və Vladivostoka səfərlər edəcək. Biz istəyirik ki, qərargahlarımızın mövcud olduğu bütün şəhərləri dolaşaq“-deyən Volkov hakimiyyət orqanlarının yerdəyişmələrə mane olacağını istisna etməyib. Aleksey Navalnının saytının verdiyi məlumata görə, 80 şəhərdə qərargahı var. 

Lakin A.Navalnının gələn ilki seçkilərdə iştirak edəcəyi real hesab edilmir. Onun barəsində iki dəfə cinayət işi açıldığından qanunvericiliyə görə, prezidentliyə namizədliyini irəli sürə bilməz. Eyni zamanda, Navalnıya qarşı növbəti təzyiqlər dalğası baş qaldırıb. SERB fəalları Lyublinsk məhkəməsində A.Navalnının seçkilərdə iştirakına qadağa qoyulması barədə iddia qaldırıb. Sentyabrın 15-də isə bir qrup naməlum şəxs Navalnının Moskva şəhər qərargahının rəhbəri Nikolay Lyaskinə hücum edib. 

Politoloq Andrey Kolosnikov isə hesab edir ki, A.Navalnının bu fəaliyyəti əslində 2018-ci ildən sonrakı prosesə hesablanıb. Bütün hüquqi maneələrə baxmayaraq, müxalifət lideri hələ bir çoxlarının ətraflı məlumata malik olmadığı, ancaq Rusiyanı böhrandan xilas edə biləcək proqramı ilə narazı elektoratın dəstəyini qazana biləcəyinə ümid edir. 

Lakin siyasi müşahidəçilərin fikrincə, vahid namizəd irəli sürə bilməməsi Rusiya müxalifətinin digər problemidir. Hər halda A.Navalnı da vahid namizəd olmayacağını yaxşı bilir. Son rəy sorğuları Navalnının reytinqinin aşağı olduğunu göstərir. Ancaq onun da başqa müxalifət liderini dəstəkləməsi ehtimalı yüksək deyil. Hakimiyyətin namizədinin artıq yenə Vladimir Putin olacağı şübhə doğurmur. Putinin seçkilər ərəfəsində sosial-iqtisadi sahədə və məhkəmə sistemində ciddi islahatlıara hazırlaşdığı xəbər verlir. Təbii ki, hökumətin islahatları səmərə versə, Navalnının proqramına ümid bəsləyənlərin səsini qazana bilər. 

Müşfiq Abdulla
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений