Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Putindən yeni təyinatlar - Kimlər postunda qaldı, kimlər getdi?



Anton Vayno Rusiya Prezident Administrasiyasının rəhbərti postunda qalıb.

“Qafqazinfo” “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə prezident Vladimir Putin müvafiq sərəncam imzalayıb.

Putinin imzaladığı digər sərəncama əsasən, Dmitri Peskov Kreml administrasiyasının rəhbərinin müavini və prezidentin mətbuat katibi vəzifələrinə təyin edilib.

Aleksey Qromov və Sergey Kirienko aparatın birinci müavinləri postunda qalıblar.

Kreml administrasiyasının rəhbərinin müavini vəzifəsinə Vladimir Ostrovenko və Maqomedsalam Maqomedov gətirilib.

Rusiya dövlət başçısının köməkçiləri postuna Dmitriy Belousov, İqor Levitin, Anatoliy Serışev, Vladislav Surkov, Yuriy Uşakov, Dmitriy Şalkov və Andrey Fursenko təyin edilib.

Vladimir Kojin prezidentin hərbi-texniki əməkdaşlıq üzrə köməkçisi vəzifəsindən azad olunub.

Larisa Brıtseva Dövlət və Hüquq Departamentinin rəhbəri olub.

Vladislav Kitayev prezident protokolunun rəhbəri vəzifəsində qalıb. 

Sergey Qlazyev, Anton Kobyakov, Vladimir Tolstoy, Mixail Fedotov, Veniamin Yakovlev və Aleksandr Levitskaya  Rusiya liderinin müşavirləri təyin ediliblər. Bu vəzifədən isə Qerman Klimenko, Sergey Qriqorov və Yevgeniya Şkolova azad olunub.

Qarri Minx prezidentin Dövlət Dumasında, Artur Muravyev Federasiya Şurasında, Mixail Krotov isə Konstitusiya Məhkəməsində səlahiyyətli nümayəndələri təyin olunublar.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений