Putinin “qızıl dövrü”nə qızıl telefon: İstəyən alsın - FOTO

Rusiya prezidenti Vladimir Putinin “qızıl dövrü”nə qızıl smartfon hədiyyə edilib.
Cebhe.info xəbər verir ki, yeni məhsulu Rusiyada lüks smartfon brendi olan Caviar hazırlayıb. Yeni smartfonun korpusu bütün tərəflərdən qızılla örtülüb. Telefonun kompozisiyasını prezidentin “The Golden Age of Vladimir Putin” imzası tamamlayır.
Qeyd edəık ki, tamamilə qızılla örtülən iPhone ilk dəfə 2015-ci ildə hazırlanmışdı. Caviar təmsilçiləri “Bu, deyəsən, əsl qızıldan olan prezident telefonudur”,- deyə bildirir.
iPhone “X The Golden Age of Vladimir Putin”nin istehsalı 20 martdan başlayır. Onun qiyməti 269 min rubldur.
Xəzər
Cebhe.info