Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Putinin mətbuat katibi zarafatından qalmadı



Britaniyanın Avropa Birliyindən çıxmasına dair referendumun Rusiyadan maliyyələşdirilməsi barədə ittihamlara Kremldən cavab verilib. 

Xatırladaq ki, belə bir iddia ilə bəzi mətbuat orqanları çıxış edib. Məlumata görə, ingiltərəli biznesmen Arron Benks  Rusiyanın Böyük Britaniyadakı səfiri Aleksandr Yakovenko ilə görüşüb və müzakirə “Brexit"in maliyyələşdirilməsi olub. 

Kremlin mətbuat katibi Dmitri Peskov məsələyə münasibətində zarafatından qalmayıb. "Britaniyada “Brexit"i bir biznesmen təşkil edib? Bu, yeni informasiyadır və biz bunu analiz etməliyik,  bunu bilmirdik",- deyə Peskov zarafata salıb. 

Eyni zamanda qeyd edib ki, səfirlər il ərzində yüzlərlə biznesmenlə görüşür.

Qeyd edək ki, bundan əvvəl məsələdə adı hallanan ingilis iş adamı Rusiyadan alınan pulları “Brexit”i dəstəkləyən şirkətlərə yatırmaqda ittiham edilirdi. 

Xəzər
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений