Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Putinlə Poroşenko danışdı: Uzunmüddətli söhbətdə gizli məqamlar



Rusiya və Ukrayna prezidentləri arasında uzunmüddətli telefon danışığı  olub. Cebhe.info-nun məlumatına görə, Vladimir Putinlə Pyotr Poroşenko əsasən hərbi əsirlərin və girovlərın dəyişdirilməsi məsələsini müzakirə ediblər.  Ukrayna prezidentinin mətbuat xidmətindən verilən açıqlamada qeyd edilir ki, telefon söhbəti Minsk sazişinin üçüncü ildönümünə təsadüf edib. 

“Prezidentlər  ukraynalı girovların, sərhədçi əsirlərin və işğal altında olan ukraynalı hərbçilərin azadlığa buraxılmasının sürətləndirilməsi  barədə telefon danışığı  aparıb. Həmçinin, “Normand dördlüyü”nə daxil olan ölkələrin xarici işlər nazirlərinin fefralın 16-da Münhendə planlaşdırılan görüşü müzakirə olunub”. 

Qeyd edək ki, Ukrayna və Rusiya arasında sonuncu dəfə əsir və girovların dəyişdirilməsi  prosesi 2017-ci il dekabrın 27-də keçirilib. Həmin vaxt separatçılardan və Rusiya hərbçilərindən  ibarət 348 nəfər  Ukrayna vətəndaşı olan 74 əsir və girova dəyişdirilmişdi.  Lakin rəsmi Kiyev separatçıların əlində 152 nəfər  hərbçilərdən və mülki vətəndaşlardan ibarət  152  nəfər  ukraynalı əsir və girovların qaldığını, 404 nəfərin isə itkin düşdüyünü bildirir. Onların arasında məhşur dinşünas alim, 63 yaşlı İqor Kozlovski və 28 yaşlı yazıçı-bloqqer, Rusiya-Ukrayna müharibəsi barəsində həqiqətləri yazan  Stanislav Oseyev də var. 

Müşfiq Abdulla    
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений